Gəncədə 16 yaşlı gənci vurub qaçdı

Gəncədə 16 yaşlı gənci vurub qaçdı
23:37 5 Sentyabr 2015
53 Digər
Ölkə mətbuatı
A- A+

Bu axşam Gəncənin Nizami Sovxozu adlanan ərazisində 16 yaşlı gənci maşın vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, şəhər sakini 1999-cu il təvəllüdlü Ayxan Qurbanov yolu keçmək istərkən naməlum avtomobil tərəfindən vurulub.
Xəsarət alan gənc yaxınlıqdakı insanların köməyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Xəstəyə tibbi yardım göstərildikdən sonra gəncin vəziyyəti stabilləşib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Polis hadisəni törədən sürücünün axtarışını davam etdirir. 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/367288.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR