Nur Yerlitaş efiri tərk edib ağladı - VİDEO - FOTO

Nur Yerlitaş efiri tərk edib ağladı - VİDEO - FOTO
23:57 5 Sentyabr 2015
112 Maraqlı
Ölkə mətbuatı
A- A+

"İşte benim stilim: All Star" yarışmasında iştirakçıya əsəbiləşən münsif, modelyer Nur Yerlitaş studiyanı tərk edib.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, TV8-də yayımlanan proqramın növbəti buraxılışında münsiflərin qarşısına çıxan Maria Surina geyimi ilə bağlı gözlədiyi şərhləri eşitməyincə etiraz edib. O, digər iştirakçı Emel Özkızıltaşa güzəşt edildiyini deyib.

Mariaya əsəbiləşən N.Yerlitaş "Sənin tərzin zəifdir, bura tərzi inkişaf etdirmək üçün məkan deyil. Sən necə belə dava edərmiş kimi danışa bilərsən? Bizim hamımızın moda ilə bağlı tərzi var. Sən gözəl qızsan, bununla rəğbət qazanırsan. Efirə oynama" deyib.

Marianın "Mən heç zaman efirə oynamadım, oynamayacağam da. Mənə yaraşmaz" cavabından sonra isə Nur efiri tərk edib.

Nurella kulisdə göz yaşlarını saxlaya bilməyib.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/367237.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR