ABŞ Rusiyanın Suriyada iştirakının artmasından narahatdır

ABŞ Rusiyanın Suriyada iştirakının artmasından narahatdır
00:54 6 Sentyabr 2015
19 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ dövlət katibi Con Kerri Rusiya XİN rəhbəri Sergey Lavrovla telefon danışığı zamanı Suriyadakı vəziyyətlə bağlı öz narahatlığını ifadə edib.     

 

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Kerri Lavrovla Rusiyanın Suriyada hərbi iştirakının gücləndirilməsinə dair mətbuatda yayılan xəbərləri müzakirə edib.  

 

Kerrinin sözlərinə görə, əgər bu xəbərlər həqiqətə uyğundursa, onda bu cür addımlar Suriyada   gərginliyin artmasına səbəb ola bilər.

 

Qeyd edək ki “The Telegraph” nəşri bundan əvvəl mənbələrinə istinadən yaydığı məlumatda Rusiyanın Suriyada hərbi baza açmaq niyyətində olduğunu bildirib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/213621

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR