"İnter"in 5:0-nı görən hakim millimizin oyununda

"İnter"in 5:0-nı görən hakim millimizin oyununda
01:27 6 Sentyabr 2015
120 İdman
Ölkə mətbuatı
A- A+

21 yaşadək futbolçulardan ibarət komandalar arasında keçiriləcək Azərbaycan - Almaniya oyununun hakimləri müəyyənləşib. Fanat.az хəbər verir ki, UEFA AVRO-2017-nin seçmə mərhələsi çərçivəsində baş tutacaq qarşılaşmanı belçikalı hakimlərə tapşırıb.


Matçın baş hakimi Aleksandr Bokaut olacaq. Ona Cimmi Kremers və Loran Konotte yardım edəcək. 4-cü hakim funksiyasını isə Nikolas Laforge yerinə yetirəcək.


Aleksandr Bokaut 2012/13 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsinin "Trans" (Estoniya) - "İnter" (Azərbaycan) matçını idarə edib. Estoniyada baş tutan qarşılaşmada "İnter" 5:0 hesablı qələbə qazanıb. Referi 78-ci dəqiqədə "Trans"ın qapısına penalti təyin edib və Nizami Hacıyevin zərbəsi dəqiq olub.


Qeyd edək ki, sentyabrın 8-də "Dağla Arena"da keçiriləcək Azərbaycan - Almaniya görüşü saat 19.00-da başlayacaq.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotnterquotin-50-n-gorn-hakim-millimizin-oyununda-t43845.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR