x
Loading...
.

Türkiyə sərhədində atışma: 47 ölü

Türkiyə sərhədində atışma: 47 ölü
02:06 6 Sentyabr 2015
64 Digər
Ölkə mətbuatı
A- A+
.

Suriyanın Türkiyə sərhədində yerləşən Maria şəhərində müxalifətyönümlü üsyançılarla İŞİD qruplaşmasının döyüşçüləri arasında baş qızğın döyüşdə 47 nəfər həlak olub.

ANS PRESS-in məlumatına görə, Suriya İnsan Haqqları Müşahidə Qrupunun fəallarının yaydığı məlumata görə, ölənlərdən 27 nəfəri İŞİD döyüşçüsü, qalanları üsyançılar olub.

Maria şəhəri Türkiyə və ABŞ-ın yaratmağı planlaşdırdığı ekstrimistlərdən azad bufer zonasına daxil olan bölgədə yerləşir. Bəzi iddialara görə ötən ay İŞİD terrorçuları şəhərə hücum zamanı kimyəvi silahlardan istifadə edib.

Sərhədsiz Həkimlər Təşkilatının yaydığı bəyanata görə, avqustun 21-də Maria şəhərinə minaatandan buraxılmış mərminin yaşayış evinə düşməsindən sonra həmin ailənin 4 üzvü tənəffüs sistemində yaranmış çətinliklərlə xəstəxanaya daxil olub, onların dərilərində çoxsaylı suluqlar müşahidə olunub.

Bundan əvvəl ötən ay ABŞ höküməti İŞİD-in Suriyanın şimalında Peşmərgə qüvvələrinə kükürd qazı ilə hücum etməsindən şübhələndiyini bəyan etmişdi. Dünən həmçinin ABŞ dövlət katibi Con Kerri Rusiyanın Suriyada hərbi iştirakını gücləndirməsi ilə bağlı xəbərlərdən rusiyalı həmkarına narahatlıq ifadə edib.

"New York Times" qəzetində dərc olunmuş məqaləyə görə, Suriyanın hərbi hava bazasında Rusiyaya aid hərbiçilər və mobil aviadispetçer stansiyası müşahidə olunub. Telefon danışığında Con Kerri bildirib ki, bu məlumatlar düzgün olarsa, Suriya münaqişəsində eskalasiyaları daha da artıra bilər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=359989

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR