Yəməndə aeroportda 100-dən çox meyit aşkarlanıb

Yəməndə aeroportda 100-dən çox meyit aşkarlanıb
03:09 6 Sentyabr 2015
20 Dünya
Ölkə mətbuatı
A- A+

Yəmənin Marib əyalətində yerləşən “Əl Səfər” hərbi aeroportun raket atəşinə tutulması nəticəsində 103 əcnəbi hərbçi ölüb.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, BƏƏ hökuməti Yəməndə əməliyyat zamanı 45 hərbçisinin raket zərbələrinin qurbanı olduğunu bildirib. Yəmənin Marib əyalətində  yerləşən təlim düşərgəsinin atəşə tutulması nəticəsində daha 5 bəhreynli hərbçi ölüb. Assoşieyted Press zərbələr nəticəsində həmçinin Səudiyyə Ərəbistanının 10 hərbçisinin də həlak olduğunu bildirib.    

 

Press TV – nin məlumatına görə, qalan hərbçilərin kimliyini müəyyən etmək mümkün olmayıb, lakin onların digər ərəb ölkələrindən gəldiyi bildirilir. Zərbələr zamanı əksəriyyətinin BƏƏ vətəndaşı olduğu daha 70 hərbçi yaralanıb.

 

Məlumata görə, raket zərbələri nəticəsində 40-dan çox zirehli texnika, 2 hərbi yük maşını və 3 Apache helikopteri məhv olub.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/213627

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR