İsveçrədə baş vermiş yol qəzasında azı 40 nəfər xəsarət alıb

İsveçrədə baş vermiş yol qəzasında azı 40 nəfər xəsarət alıb
05:47 6 Sentyabr 2015
32 Dünya
Ölkə mətbuatı
A- A+

[ 06 Sentyabr 2015 05:36 ]


Bakı-APA. İsveçrədə aftobanın Zempax gölü yaxınlığından keçən hissəsində  baş vermiş ağır yol qəzasında 41 nəfər xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə SRF teleradio şirkəti məlumat yayıb.

 

Məlumata görə, xəsarət alanlardan dörd nəfərin vəziyyəti ağırdır.   

 

Məlumata görə, qəza Zurze və Zempax şəhərləri arasında yolun təmir aparılan hissəsində baş verib. Məlumata görə,  4 yük maşını və Böyük Britaniyaya gedən turistlərlə dolu sərnişin avtobusunun toqquşması nəticəsində xəsarət alan şəxslərin xəstəxanalara çatdırılması üçün hadisə yerinə 20 “təcili yardım” maşını və 3 xilasedici helikopteri cəlb edilib.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/395840

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR