Mingəçevirlinin avtomobilində, qubalının evində silah anbarı aşkar edildi

Mingəçevirlinin avtomobilində, qubalının evində silah anbarı aşkar edildi
14:38 28 Yanvar 2015
168 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İlkin İzzət/

Mingəçevir şəhər sakininin avtomobilinə, Quba sakininin isə evinə baxış zamanı odlu silah və vasitələri aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 27-də Mingəçevir şəhər sakini Fərahim Əliyev Yevlax şəhərinin ərazisində ictimai qaydanı pozduğu üçün Yevlax rayon Polis Şöbəsinə gətirilib. Ona məxsus “Niva” markalı avtomobilə baxış zamanı “Ekol YS-66” markalı pnevmatik tapança, “TOZ-16” markalı ov tüfəngi, 1 ədəd patrondaş, 7 ədəd patron və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Quba rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Tülər kənd sakini Bəxtiyar Şirinovun evinə baxış zamanı “TOZ-20” markalı ov tüfəngi, kustar üsulla hazırlanmış “TOZ-16” markalı ov tüfəngi, “Naqan” tipli tapança, 1 ədəd bıçaq və 1 xəncər aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2358075.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR