x
Loading...
.

“Əş-Şəbab” iki şəhəri zəbt etdi

“Əş-Şəbab” iki şəhəri zəbt etdi
05:59 6 Sentyabr 2015
34 Dünya
Ölkə mətbuatı
A- A+
.

“Əş-Şəbab” terror qruplaşmasının silahlıları ötən gün Somalinin cənubunda  iki şəhəri ələ keçirib.  APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə qruplaşmanın yaydığı məlumatda bildirilir. Məlumata görə, söhbət Aşağı Şabel əyalətindəki Əl-Səliindi və Kuntuvarey yaşayış məntəqələrindən gedir.

 

Əyalətin qubernatoru Əli Nur şəhərlərin terrorçuların nəzarətinə keçməsi faktını təsdiqləyib. Onun sözlərinə görə, Əl-Səliindi şəhəri  terrorçuların nəzarətinə keçməzdən əvvəl Afrika İttifaqının Somalidəki Missiyası kontingentinin birləşmələri yaşayış məntəqəsini tərk ediblər.

 

Qruplaşmanın bəyanatında Marka şəhəri yaxınlığında afrikalı sülhməramlılarına törədildiyi və bir neçə hərbçinin öldürüldüyü də qeyd olunur. Lakin rəsmi qurumlar bu xəbəri hələlik təsdiqləmir.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/213636

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR