x
Loading...

Bakıda mənzildən qadın meyiti aşkarlandı

Bakıda mənzildən qadın meyiti aşkarlandı
09:37 6 Sentyabr 2015
26 Ölkə
Ölkə mətbuatı
A- A+
.

FHN əməkdaşları mənzilə gəldikləri zaman qadın ölü olub.

Bakıda mənzildən qadın meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən anspress-ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması haqqında məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin giriş qapısını açaraq, 1952-ci il təvəllüdlü Aşurbekova Svetlana İldırımovnanın cəsədini aşkar ediblər. Meyit hüquq mühafizə orqanlarının müvafiq ekspertizalarından sonra aidiyyəti üzrə təhvil verilib. 

Əməliyyat saat 21:17-də başa çatıb.

İki gün əvvəl də paytaxtda oxşar hadisə qeydə alınmışdı. Bakı şəhəri, Nərimanov rayonunda 1962-ci il təvəllüdlü Nəcəfov Tariyel Sabir oğlu mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalaraq dünyasını dəyişmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/367307.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR