x
Loading...
.

Bakıda yeni avtobuslar istifadəyə verilib

Bakıda yeni avtobuslar istifadəyə verilib
10:03 6 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+
.

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir Maksim Tsurkov/

BakuBus MMC Bakıda bir nömrəli marşrut xətti üzrə Iveco markalı yeni avtobusları istifadəyə buraxıb. Bunu jurnalistlərə MMC-nin direktor müavini Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, avtobuslar Koroğlu metro stansiyasından "28 may" metro stansiyasına qədər və əks istiqamətə hərəkət edəcəklər. Avtobusların iş qrafiki 6:00-dan 00:00-ə qədər müəyyən edilib. Bu xəttə birinci mərhələdə 14 avtobus buraxılıb. Sərnişinlərin sayından asılı olaraq gələcəkdə avtobusların sayı ya artırılacaq və ya azaldılacaq.

Kərimli qeyd etdi ki, yeni avtobuslarda nağdsız ödəniş sistemi tətbiq edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2430353.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR