Lənkəran sakinin evi oğurlandı

11:31 6 Sentyabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+

Lənkəran sakininin evi oğurlanıb.

ANS PRESS xəbər verir ki, rayonun Göyşaban kənd sakini,1988-ci il təvəllüdlü Fərəcov Tahir Kamal oğluna məxsus yaşayış evindən 800 dollar pul, 3 min manat dəyərində qızıl zinət əşyaları, ev sahiblərinə məxsus bahalı pal-paltarlar oğurlanıb.

Hadisə axşam saatlarında baş verib. Zərərçəkən Tahir Fərəcovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, ailə evdən dünən axşam saat 19.30 radələrində çıxıb və həm ev, həm küçə qapıları açarla bağlanıb. Ailə təqribən saat 22 radələrində evə dönəndə isə evin qapılarını sındırılmış vəziyyətdə görüb.

Çox güman ki,oğrular daş hasarı aşaraq həyətə daxil olandan sonra evin qapısını sındırararaq içəri daxil olublar. Hadisə yerinə dərhal rayon hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hazırda Lənkəran rayon polis şöbəsində oğurluq faktı ilə bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=360013

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR