Moldovalı siyasətçi Bakıda qarət olundu: "Şok vəziyyətində idim"

Moldovalı siyasətçi Bakıda qarət olundu: "Şok vəziyyətində idim"
11:32 6 Sentyabr 2015
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Moldovalı iş adamı və siyasətçi, həmçinin "Olimpiya" futbol klubunun keçmiş prezidenti Sergey Kiselyev Bakıda qarət olunub.

Report xəbər verir ki, bu barədə o, "Moldova.sports" nəşrinə müsahibəsində bildirib.
İş adamı müsahibə zamanı jurnalistin "Sizin ən ağılasığmaz riskiniz necə olub?" sualına belə cavab verib: "Riskli və ekstremal vəziyyətlər çox olub. Mən gənc olarkən, hərbi xidmətdən sonra şimalda işləyirdim və orada iki ilə 50 min Sovet rublu qazanmışdım. Həmin vaxtlar bu, böyük məbləğ idi. Bu pula 3-4 yeni maşın almaq olardı.

Evə qayıdarkən Bakıda oldum, orada məni soydular və bütün pullarımı əlimdən aldılar və mən şok vəziyyətində idim. Yadımdadır, itki ilə barışmaq mənim üçün necə çətin idi. Çünki iki il mən mədənqazmada işləmişdim, bu pullar mənə çox böyük zəhmət bahasına başa gəlmişdi. Bir anda isə məni qarət etdilər və hər şeyi əlimdən aldılar".

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/367318.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR