x
Loading...
.

Lənkəran sakininin evindən oğurluq olub

10:42 6 Sentyabr 2015
45 Digər
Ölkə mətbuatı
A- A+
.

[ 06 Sentyabr 2015 11:41 ]


Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda oğurluq hadisəsi baş verib.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Göyşaban kənd sakini, 1988-ci il təvəllüdlü Tahir Kamil oğlu Fərəcova məxsus fərdi yaşayış evində qeydə alınıb.

 

Naməlum şəxs və ya şəxslər evin qapısını sındıraraq mənzilə daxil olmaqla oradan 3000 min manat dəyərində qızıl-zinət əşyaları və pal-paltar oğurlayıblar. Hadisə barədə dərhal Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə məlumat verilib.

Faktla bağlı araşdırmalara başlanıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/395849

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR