Balıqçı qayığı batdı: 10 ölü

Balıqçı qayığı batdı: 10 ölü
11:56 6 Sentyabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Cənubi Koreyanın Çedju adası sahillərində balıqçı qayığı batıb. Nəticədə 10 nəfər ölüb, 3 nəfər isə xilas edilib.

İtkin düşənlərin sayı isə məlum deyil. Onların axtarışına onlarla gəmi və bir neçə təyyarə cəlb olunub. Balıqçı qayığının batmasına onun həddindən artıq yüklənməsinin səbəb olduğu ehtimal edilir.

Sonuncu dəfə ötən il 300-dən çox şagird bərənin batması nəticəsində həlak olmuşdu. Tənqidçilər bu cür qəzalara Cənubi Koreya hökumətinin zəif təhlükəsizlik siyasətinin səbəb olduğunu deyirlər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=360011

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR