x
Loading...

"Playboy" gözəli və ondan 57 yaş böyük milyarder əri - fotolar

"Playboy" gözəli və ondan 57 yaş böyük milyarder əri -  fotolar
14:46 28 Yanvar 2015
Ölkə mətbuatı
A- A+
.

“Playboy” jurnalının alman modeli Keti Şmits keçən il nikah masasına əyləşdiyi avstriyalı milyarder Riçard Luqnerlə birlikdə münasibətləri haqda səmimi müsahibə verib.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, Britaniyanın “This Morning” şousuna qonaq olan cütlük aralarındakı 57 illik yaş fərqinin evliliklərinə mane olmadığını deyib.

“Mən Keti ilə görüşənədək dörd dəfə evli olmuşam. Əmin idim ki, daha ailə həyatı qurmayacam. Həmişə xanımların mənə başqa niyyətlə yaxınlaşdığını düşünmüşəm. Evlənmək ümumiyyətlə təhlükəlidir. Amma gənc xanımlarla “mübarizə aparmağı” sevirəm. Bu, mənə də xeyirdir”, – deyə milyarder zarafat edib.

İş adamının xanımı isə həmyaşıdlarının ağıl və həyat təcrübəsi baxımından ona uyğun olmadıqlarını bildirib:

“Həyat yoldaşım mənim üçün müəllimdir. Bir çox gənc insanla münasibətim olub. Onların hamısını özləri maraqlandırırdı. Futbolu və qadınları sevirdilər. Riçadla hər şey başqadır. Qayğısına qalmalı olduğum 6 yaşlı qızım var. Ona görə də, mənə kişi lazımdır”.

Qeyd edək ki, Ketinin 25, Riçardın isə 82 yaşı var.







Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25686

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR