x
Loading...

Yeni avtobuslar xəttə buraxıldı

Yeni avtobuslar xəttə buraxıldı
11:46 6 Sentyabr 2015
135 Digər
Ölkə mətbuatı
A- A+
.

Bu gündən başlayaraq "BakuBus" MMC Bakıda yeni marşrut xətti üzrə avtobuslar istifadəyə verib.

ANS PRESS-in verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında MMC-nin direktor müavini Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, avtobuslar 1 nömrəli xətt üzrə "28 may" metro stansiyasından Koroğlu metro stansiyasına və əks istiqamətə hərəkət edəcəklər.


"BakuBus"ın avtobuslarının hərəkət sxemi

"Avtobuslar Nəqliyyat NazirliyiBakı Şəhər İcra Hakimiyyətinin müəyyən etdiyi dayanacaqlarda duracaq, kənar dayanacaqlarda dayanmaq qəti qadağandır. Sərnişinlərdən də xahiş olunur ki, avtobusları ancaq dayanacaqlarda gözləsinlər”,-deyə V. Kərimli bildirib.

Yeni avtobuslarda işləyən sürücülərin əmək haqqı məsələsinə də toxunan müavin sürücülərin ayda 600-700 manat əmək haqqı alacaqlarını da bildirib.

"Avtobuslar 6:00-dan 23:00-a qədər hərəkət edəcək. Birinci mərhələdə xəttə 14 avtobus buraxılıb. Sərnişinlərin sayından asılı olaraq gələcəkdə avtobusların sayı arta yada əksinə azala bilər. Avtobuslar arasındakı interval əhalinin sıxlığından asılı olaraq iş günləri 3 dəqiqə bazar günü isə 5-10 dəqiqə olacaq”,-deyə müdür müavini qeyd edib.

Gediş haqqı məsələsinə də toxunan Vüsal K. bu məbləğin 20 qəpik təşkil etdiyini, yalnız "Tarif Şurası"nın qərarı əsasında dəyişə biləcəyini lakin yaxın gələcəkdə isə gözlənilmədiyini deyib.

“BakuBus” MMC-nin avtobuslarında gediş haqqının ödənilməsi nağd pulla deyil, yalnız “BakıKart” vahid ödəniş kartları ilə həyata keçiriləcək. Avtobusa yalnız ön qapıdan minib, kartı ödəniş aparatına oxutduqdan sonra salona keçiləcək. Avtobus dayanacaqda dayandıqda salonu yalnız orta və ya arxa qapıdan tərk etmək lazımdır."- deyə Vüsal Kərimli əlavə edib.


Avtobuslardan istifadə qaydaları

"BakuBus" MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 aprel 2014-cü il 92 nömrəli qərarına əsasən, Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılmışdı. Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişin daşımalarının yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması əsas məqsədlər olaraq qarşıya qoyulmuşdu.

Həmin avtobuslar Bakıya ilk dəfə Avropa Oyunları üçün gətirilib.




"BakuBus"un yeni avtobusları

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=360014

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR