Bakı, 6 sentyabr, AZƏRTAC
Cənubi Koreya sahillərində balıqçı gəmisinin qəzaya uğraması nəticəsində azı 10 nəfər həlak olub.
AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, hadisə bazar günü səhər saatlarında baş verib. Hələlik itkin düşənlərin sayı dəqiqləşdirilməyib.
Axtarış əməliyyatları nəticəsində üç nəfər xilas edilərək yaxınlıqdakı xəstəxanaya çatdırılıb. TASS agentliyinin yaydığı məlumata görə, sahil mühafizə xidmətinin dəqiqləşdirilmiş informasiyasına əsasən gəminin göyərtəsində 13-dən 22-dək insan ola bilərdi. Sağ qalanlardan birinin sözlərinə görə, gəmi güclü dalğa nəticəsində çevrilərək batıb.
Hazırda axtarış-xilasetmə işləri davam edir. Əməliyyatlara sahil mühafizəsinin onlarla kateri və hərbi dəniz qüvvələrinin gəmiləri cəlb olunub.