Parisdə bomba həyəcanı: 8 min insan evakuasiya edildi

Parisdə bomba həyəcanı: 8 min insan evakuasiya edildi
13:32 6 Sentyabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün səhər Parisin Sena-Sen-Deni departamentində II Dünya müharibəsi illərindən qalma üç aviabombanın zərərsizləşdirilməsi üzrə əməliyyata start verilib.
Report xəbər verir ki, bu barədə departamentin perfekturası məlumat yayıb.
Bombalar əhalinin sıx məskunlaşdığı Nuazi-le-Sek və Bobini şəhərləri yaxınlığındakı ərazidə aparılan dəmir yolu işləri zamanı aşkar edilib. 
Bu, təqribən 8 min insanın müvəqqəti olaraq təxliyəsini tələb edib. 
Əməliyyata 300-dən çox polis cəlb olunub.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/367332.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR