Azərbaycan Rusiya qaz kəmərinin təhlükəsizliyini təmin edəcək

Azərbaycan Rusiya qaz kəmərinin təhlükəsizliyini təmin edəcək
13:52 6 Sentyabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun (İST) "Robust Noise Monitoring" (RNM) diaqnostika və idarəetmə monitorinq sistemi Rusiyanın tikdiyi "Sibirin gücü" magistral qaz kəmərinin təhlükəsizliyini təmin edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qaz kəməri Yakutiya qazının Primorsk diyarına və Asiya-Sakit okeanı regionuna tədarükü üçün istifadə olunacaq.

Qaz kəmərinin təhlükəsizliyini təmin etmək üçün RNM-in tətbiq edilməsi layihəsini İST-in Sankt-Peterburq Elmlər Akademiyasının Arktika Cəmiyyəti ilə daha əvvəl əldə etdiyi razılaşmaya əsasən reallaşdırmaq planlaşdırılır. Akademiyanın rəhbərliyi monitorinq sisteminin işi ilə tanış olub.

İST-in xüsusi konstruktor bürosu Azərbaycanın SINAM İT şirkəti ilə birlikdə layihənin reallaşdırılması ilə məşğul olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/367335.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR