"Zirə" "Bakı"nı darmadağın etdi

Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində “Sumqayıt”la oyuna hazırğlığı davam etdirən “Zirə” növbəti yoxlama oyununda qüvvəsini sınayıb.

“Qartallar” “Bakı” ilə üz-üzə gəliblər. Baş məşqçi Adil Şükürov ilk “11-lik”də Kamal Bayramov, Sadiq Quliyev, Yovan Krneta, Çimezi Mba, Aleksandr Şemonayev, Viktor İqbekoyi, Tərzin Cahangirov, İqor İvanoviç, Rəşad Abdullayev, Nurlan Novruzov və Nelson Bonilaya şans vermişdi. Qarşılaşmanın ilk yarısında qapılara qol vurulmadı. Fasilədən sonra baş məşqçi Luiz Albertonu meydana buraxdı. 58-ci dəqiqədə Mbanın sağ cinahdan qapıya paralel ötürməsindən sonra Nelson “Zirə”nin heyətində ilk oyunundaca qol hesabını açdı. Ardından Anar Nəzirov, Ruslan Cəfərov, Eltun Hüseynov, İlqar Hüseynov, Təmkin Xəlilzadə, Vüsal İsgəndərli və Mirkamil Həşimli də mübarizəyə qoşuldu. Qarşılaşmanın qalan dəqiqələri ərzində “qartallar” rəqibi daha 3 dəfə mərkəzə dəvət etdilər. Rəşad Abdullayev bir-birindən gözəl iki qola imza atıb. Son dəqiqədə isə məhz kapitanın ötürməsindən sonra müdafiəçiləri geridə qoyan Vüsal İsgəndərli qapıçı ilə təkbətək dueldən də qalib ayrıldı.

“Zirə” “Bakı” ilə yoxlama oyununda 4-0 hesablı qələbə qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR