x
Loading...

Generalın qardaşı hökumətə təslim oldu

Generalın qardaşı hökumətə təslim oldu
13:47 6 Sentyabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+
.

Tacikistanın şərqində sentyabrın 5-də xüsusi əməliyyat zamanı 9 güc strukturu əməkdaşı ölüb, 6 nəfər yaralanıb.

Məlumatı İnterfaks yayıb. Bildirilir ki, müdafiə nazirinin keçmiş müavini Abdulhalim Nazarzod və onun tərəfdarlarının təqibi davam etdirilir.
Azadlıq Radiosunun tacik bürosunun məlumatına görə, sentyabrın 5-də Ramist dərəsində Nazarzodun tərəfdarlarından 13-ü öldürülüb, daha 32 nəfəri saxlanılıb. Generalın qardaşı hökumətə təslim olub. Çox sayda silah və sursat müsadirə olunub.

Sentyabrın 5-də naməlum şəxslər Düşənbənin girişində post patrul məntəqəsinə basqın ediblər. Nəticədə 1 polis işçisi öldürülüb, bir neçəsi yaralanıb. Hələ ki, bu basqının Nazarzod qruplaşması ilə əlaqəli olub-olmaması bəlli deyil.

Xatırladaq ki, prezident Emomali Rahmon Nazarzodu hökumətdə tutduğu vəzifədən azad edib, onu "cinayət törətməkdə" suçlayıb.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/367343.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR