Kişi keçmiş arvadını döydü, sonra qarət etdi

Kişi keçmiş arvadını döydü, sonra qarət etdi
16:57 6 Sentyabr 2015
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda kişi özündən 10 yaş kiçik keçmiş arvadını döyüb.
Musavat.com-un əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonunda baş verib.
D.Bünyadzadə küçəsində yaşayan 1992-ci il təvəllüdlü A.Nəzrin hadisə ilə bağlı 29-cu Polis Bölməsinə müraciət edib. 

Qadın müraciətində keçmiş əri 1982-ci il təvəllüdlü Emil tərəfindən döyüldüyünü bildirib. Hadisə qadının yaşadığı mənzildə baş verib.

Kişi keçmiş arvadını döyərək, onun 80 manat pulunu, mobil telefonu və açarlarını götürüb, gedib.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/367357.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR