Papa müsəlmanlar üçün müraciət etdi

Papa müsəlmanlar üçün müraciət etdi
17:47 6 Sentyabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Roma papası Vatikanın bu məsələdə nümunə göstərəcəyini deyib.

Roma papası Fransisk Avropanın hər bir katolik prixodunu bir qaçqın ailəsinə sığınacaq verməyə çağırıb. 

Anspress-in məlumatına görə, papa Fransisk Vatikanın bu məsələdə nümunə göstərəcəyini deyib. 

"Hər bir prixod, hər bir dini icma, hər bir monastır, hər bir sığınacaq bir qaçqın ailəsinə yiyə durmalıdır", - deyə pontifik bildirir. 

Yaxın Şərq və Şimali Afrika ölkələrindən Avropaya kəskin miqrant axını üzündən miqrant böhranı yaranıb. 

Bu il Avropa Birliyi ölkələrinə yüz minlərlə qaçqın gəlib. Yalnız keçən şənbə Münhen vağzalına 7 min nəfər gəlib. 

Hazırda Balkan ölkələrindən - Yunanıstan, Makedoniya və Serbiyadan keçməklə Macarıstanın cənub sərhədlərinə yeni miqrant partiyası gəlir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/367371.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR