x
Loading...

Azərbaycanda bir neçə kənd alovlandı

Azərbaycanda bir neçə kənd alovlandı
18:27 6 Sentyabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+
.

Xaçmaz rayonunda bir neçə kənddə yanğın qeydə  alınıb.
 
Milli.Az APA-ya istinadən bildirir ki, rayonunun 5 yaşayış məntəqəsində yanğın olub. Rayonun Qımılqışlaq, Nərəcan, Armupadar, Xudatkənd və 4-cü şöbə adlanan ərazilərindəki yanğın əsasən biçilmiş sahələr və kol-kos olan ərazini əhatə edib.
Yanğının söndürülməsi üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi ilə bərabər, Quba, Qusar və Siyəzən rayonlarından da kömək gəlib.
 
Güclü külək yanğının söndürülməsini çətinləşdirsə də, yanğınlar nəzarətə götürülüb. 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/367384.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR