x
Loading...
.

On minlərlə insan mitinqə toplaşdı

On minlərlə insan mitinqə toplaşdı
18:38 6 Sentyabr 2015
27 Dünya
Ölkə mətbuatı
A- A+
.

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

Moldovanın paytaxtı Kişinyovda kütləvi anti-hökumət mitinqi keçirilir. Trend-in məlumatına görə, UNİAN agentliyi Böyük Milli Məclis meydanına on minlərlə etirazçının toplaşdığını bildirib.

Aksiya iştirakçıları hökumətin ölkədəki sosial-iqtisadi vəziyyətə görə məsuliyyət daşıdığını bəyan edir və anti-hökumət şüarları səsləndirirlər. Onların çoxu əllərində Moldova, Rumıniya və Avropa Birliyinin bayraqlarını tutub.

Etirazçılar bank sistemindən pulların oğurlanmasına səbəbkar olanların məsuliyyətə cəlb olunmasını tələb edirlər. Hələlik mitinqin sakit keçdiyi bildirilir. İctimai asayişi onlarla polis əməkdaşı qoruyur.

Moldovanın daxili işlər naziri Oleq Balan bugünkü mitinqlə bağlı brifinqdə bildirib ki, paytaxt sakinlərinin və aksiya iştirakçılarının özlərini təhlükəsizlikdə hiss etmələri üçün əlindən gələni edəcək. O həmçinin aksiya iştirakçılarına müraciət edərək, şübhəli çantaları və ya üzündə maska olan şəxslər barədə polisi məlumatlandırmağı xahiş edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2430404.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR