x
Loading...

Yeniyetmə boksçularımız dünya birinciliyinə qələbə ilə başlayıblar

Yeniyetmə boksçularımız dünya birinciliyinə qələbə ilə başlayıblar
18:43 6 Sentyabr 2015
44 İdman
Ölkə mətbuatı
A- A+
.


Bakı, 6 sentyabr, AZƏRTAC
Rusiyanın Sankt-Peterburq şəhərində boks üzrə yeniyetmələr arasında dünya birinciliyi başlayıb.
Komandamız yarışda 12 boksçu ilə təmsil olunur.
AZƏRTAC xəbər verir ki, turnirin ilk günündə rinqə çıxan idmançılarımızdan Məhəmməd Adbullayev (81 kq) inamlı qələbə qazanıb. Həmyerlimiz Tacikistan nümayəndəsi Əhməd Borezi texniki nokautla məğlub edib. Millimizin üzvü səkkizdəbir finalda rumıniyalı İonut Bohotiçi ilə qarşılaşacaq.
Cavid Hüseynov (48 kq) da dünya birinciliyinə uğurla başlayıb. Boksçumuz finlandiyalı Masi Jurvaneni məğlubiyyət uğradaraq səkkizdəbir final mərhələsinə vəsiqə qazanıb. Onun növbəti rəqibi rusiyalı İlya Popov olacaq.
Yarışda 63 kiloqram çəki dərəcəsində çıxış edən Sayad Lalayev də ilk mərhələdə qalib gəlib. Seçməmizin üzvü danimarkalı Oliver Menqi yarışdan kənarlaşdırıb. S.Lalayev səkkizdəbir finalda İsrail təmsilçisi Muhammed Abu Riaşla üz-üzə gələcək.
İki boksçumuz isə artıq dünya birinciliyindən kənarda qalıb. 70 kiloqram çəkidə mübarizə aparan Şaiq Məlikov rusiyalı Artyom Ohenisyana uduzub. Eltun Məmmədov (57 kq) isə Türkiyə boksçusu Necat Ekinci ilə qarşılaşmadan məğlub ayrılıb.
Bu gün dünya birinciliyində daha üç boksçumuz rinqə çıxacaq.
Dörd yüzdən çox idmançının mübarizə apardığı yarışa sentyabrın 12-də yekun vurulacaq.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yeniyetme_bokschularimiz_dunya_birinciliyine_qelebe_ile_baslayiblar-882522

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR