Selfi təhlükə mənbəyinə çevrilib

Selfi təhlükə mənbəyinə çevrilib
20:47 6 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

Keçən il "Oskar" mükafatlandırma mərasimində bir qrup Hollivud ulduzunun çəkdiyi selfidən sonra demək olar ki, bütün dünyada selfi çılgınlığı yaşanır. 

Populyarlığından heç nə itirməyən selfi hökümətlər üçün sözün əsl mənasında başağrısına çevrilib. Belə ki, Rusiyada gənclərin selfi çəkdirərkən yıxılıb ölməsindən sonra smartfon istifadəçilərinə xəbərdarlıq edən yeni bir kampaniyaya start verilib. "Bir selfi həyatınız üçün baha başa gələr" yazılı afişlərdən xalqı məlumatlandıran videolara qədər bir çox işlər həyata keçirilib. Avropa Şurası da yeni qanun layihəsi ilə şəhərlərin simvolu sayılan yerlərdə selfini qadağan etməyi nəzərdə tutur. Yeni layihəyə əsasən selfi çəkənlər pul və ya həbs cəzası ilə qarşı-qarşıya qala bilər. Qanun hələlik fotoqrafçıları əhatə edir. Ancaq bunun turistlərə də tətbiq ediləcəyi gözlənilir. Digər tərəfdən muzeylər də tarixi əsərlərə zərər verməmək və ictimaiyyəti narahat edəcək davranışları əngəlləmək üçün selfi qadağasının tətbiqinə hazırlaşır.
"Zaman Azərbaycan"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/367183.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR