Qarabağa görə həlledici savaş

Qarabağa görə həlledici savaş
13:31 27 Dekabr 2014
86 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanı rəhbərinin kriminal şəxs olması gələcəkdə sülh yox, müharibəyə zəmanətini veir. ANS PRESS-in məlumatına görə, bu sözlər Ermənistanın lragir portalında dərc edilmiş məqalənin əsas məğzidir. Portal Ermənistan rəhbərliyinin ölkəni yarıtmaz idarə etməsinin nəticəsi olaraq müharibəni labüd olduğunu bildirir. Erməni saytı Azərbaycanla Qarabağ uğrunda müharibənin qaçılmaz olduğunu yazır.

"Ancaq bu dəfə müharibəni iki cəbhədə aparmağa məcbur olacağıq. Birinci cəbhədə xarici düşmənə qarşı, ikinci cəbhədə isə yerli düşmənlə döyüşəcəyik. Ölkəni fəlakət astanasına gətirənlərlə mübarizə çətin olacaq", - deyə məqalədə qeyd olunur.

Qeyd edək ki, erməni portalı tez-tez Ermənistan rəhbərliyinin ölkədə baş qaldırmış narazılıqdan fikri yayındırmaq üçün cəbhədə təxribat yaradaraq uğur qazanmağı və buna əksər hallarda nail olmadığı haqda mütəmadi yazır.

Təkcə bu gün yayılan məlumatda cəbhədə düşmənin kəşfiyyat-təxribat qrupunun üzvünün ələ keçirdiyi bildirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 26 dekabr axşam saatlarında cəbhənin Ağdam rayonu istiqamətində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı əvvəlcədən aşkar edilərək alınıb.

Qısa atışmadan sonra xeyli sayda itki verərək geri çəkilən düşmənin kəşfiyyat-təxribat qrupunun üzvü peşəkar hərbi qulluqçu, ilkin məlumata görə Baqdasaryan Arsen Eduardoviç əsir olaraq ələ keçirilib.

Hazırda saxlanılan erməni əsirin fəaliyyəti ilə bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=316638

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR