70-ə yaxın mühacir Almaniyaya çatdı (FOTO)

70-ə yaxın mühacir Almaniyaya çatdı (FOTO)
21:41 6 Sentyabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Əksəriyyəti Suriyaİraqdan olmaqla, 70-ə yaxın mühacir bu səhər Almaniyanın Frankfurt şəhərinə çatıb. ANS PRESS-in məlumatına görə, onları gətirən qatar əllərində hava şarları və "Frankfurta xoş gəlmişsiniz" sözləri yazılmış banerlər tutan yerli sakinlər tərəfindən qarşılanıb. Mühacirlər alqış səsləri altında platformaya eniblər.

Frankfurta gələn mühacirlərin hamısı şəhərdə qalmayacaq. Onların bir qismi ölkədəki müvəqqəti sığınacaq və düşərgələrə köçürülmək üçün digər qatarlara yönəldilib.

Minlərlə mühacir Macarıstan sərhədində günlərlə qaldıqdan sonra sərhədi keçmələrinə icazə verilib və bundan sonra onlar Almaniya və Avstriyaya pənah gətiriblər.


Almaniyada öpüşlə qarşılanan miqrant

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=360008

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR