Toyota Land Cruiser yeniləndi - FOTO

Toyota Land Cruiser yeniləndi - FOTO
21:47 6 Sentyabr 2015
100 Maraqlı
Ölkə mətbuatı
A- A+

Lüks "Lexus LX570"-dən sonra onun kölgədə qalmış "qardaşı" - "Toyota Land Cruiser 200" - üzə çıxdı. Təkmilləşdirilmiş model Yaponiyada təqdim edilib. O, həm xarici, həm də mühərriklər qamması cəhətdən təkmilləşdirilib.

Milli.Az auto.az-a istinadən bildirir ki,  yolsuzluq avtomobilinin baza mühərriki 4,5-litrlik turbodizel V-şəkilli "səkkizlik"dir. O, 272 a.g..-ə malikdir. Bu, mühərriki idarəetmə proqramının və yanacaq vurma sisteminin təkmilləşdirilməsi sayəsində mümkün olub.

Düzdür, fırlanma anı artmayıb, belə ki, 650 Nm onsuz da yaxşı göstəricidir. Buna baxmayaraq, mühərrik daha qənaətcil olub: istehsalçının bildirdiyinə görə, yanacağın orta sərfiyyatı 100 km məsafəyə cəmi 9,5 litrdir.

Benzinlə işləyən 4,6-litrlik V8-in gücü artmayıb (yenə də 309 a.g.), lakin o da qənaətcil olub. Yaponlar bu mühərrkin qənaətcilliyi barədə rəqəmləri hələlik sirr saxlayırlar. Mühərriklər 6-pilləli avtomat sürət qutusu ilə birgə işləyirlər.

Avtomobil 5- və ya 6-yerli olacaq. Rəng qamması isə 10 boyadır. Bundan əlavə, interyerin də işləməsində yeni rəng peyda olub: indi salonu qəhvəyi rəngdə sifariş etmək olar.
Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/367177.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR