x
Loading...
.

İran Naxçıvana yeni konsul təyin etdi

İran Naxçıvana yeni konsul təyin etdi
15:04 28 Yanvar 2015
173 Ölkə
Ölkə mətbuatı
A- A+
.

İran İslam Respublikası Naxçıvana yeni baş konsulu təyin edilib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, yeni baş konsul Mənsur Ayrım bildirib ki, Naxçıvan Muxtar Respublikası ilə iqtisadiyyat, ticarət, sosial və mədəni əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli şərait mövcuddur.

Baş konsul deyib ki, ötən il ərzində Azərbaycan və İran prezidentlərinin 4 dəfə görüşü, qarşılıqlı rəsmi səfərləri iki qonşu ölkənin münasibətlərinin daha da inkişafı və genişləndirilməsi üçün mühüm zəmin yaradıb. Bundan başqa, 2014-cü ilin avqust ayında İran-Azərbaycan hökumətlərarası müştərək iqtisadi komissiyasının Bakıda keçirilmiş iclasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq əlaqələrinin artırılması məsələsi nəzərdən keçirilib ki, bu da yaxın gələcəkdə birgə iqtisadi layihələrin reallaşmasına imkan yaradıb.

Əlaqələrin inkişafının xalqların mənafelərinə uyğun olduğunu deyən Mənsur Ayrım ümid etdiyini bildirib ki, Naxçıvan Muxtar Respublikasının rəhbərliyi ilə əməkdaşlıq həyata keçirərək qarşılıqlı maraqlarımızın təmin olunmasını təşkil edəcək.

Mənsur Ayrım İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulu kimi vəzifəsinin icrasına mart ayında başlayacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191735

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR