Fanatı Tarkanı heyrətləndirdi - FOTO

Fanatı Tarkanı heyrətləndirdi - FOTO
23:22 6 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

Türkiyəli meqastar Tarkanın Harbiyədəki konserti zamanı maraqlı hadisə yaşanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçının "Adımı qəlbinə yaz, məni unutma" mahnısı gerçək olub. Belə ki, bir pərəstişkarı Tarkanın şəklini və adını döymə kimi qoluna çəkdirib. 

İfaçının pərəstişkarı səhnə arxasında onun otağına girmək istəyib. Cangüdənlər isə onun içəri girməsinə imkan verməyib. Döymələrini göstərdikdən sonra oğlanın meqastarın yanına getməsinə və onunla şəkil çəkdirməsinə imkan yaradılıb.

Tarkan pərəstişkarına avtoqraf da verib.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/367411.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR