Biləsuvarın heyvandarlıq təsərrüfatlarında camışların sayı artır

Biləsuvarın heyvandarlıq təsərrüfatlarında camışların sayı artır
23:38 6 Sentyabr 2015
38 Ölkə
Ölkə mətbuatı
A- A+


Biləsuvar, 6 sentyabr, Mahir Babayev, AZƏRTAC 
Ötən əsrin axırlarında Biləsuvar rayonu camışçılıq təsərrüfatlarının sayına görə ön sırada olub. O vaxt rayonda 30 min başa yaxın camış saxlanılıb. Lakin əsrin əvvəllərində heyvandarlığın bu gəlirli sahəsinə marağın azalması nəticəsində təsərrüfatlarda camışların sayı kəskin surətdə azalmışdı.
AZƏRTAC xəbər verir ki, Aran bölgəsində, eləcə də Biləsuvarda camışçılığı inkişaf etdirmək üçün hər cür şərait vardır. Geniş otlaq sahələri və digər əlverişli şəraitin mövcud olması bu yerlərdə camış saxlayaraq yüksək mənfəət əldə etmək üçün çox sərfəlidir.
Camışlar yemə az tələbatlı olmaqla yanaşı, xəstəliyə və sərt hava şəraitinə də çox dözümlüdür. Camışın diri çəkisinin və südünün yağlılığının yüksək olması bu sahəyə az vəsait qoymaqla çox gəlir götürmək mümkündür.
Son illər camışçılıq təsərrüfatına diqqət yetirilməsi nəticəsində rayonda heyvanların baş sayında artım müşahidə olunur. Əgər 1913-cü ildə rayonun təsərrüfatlarında 2570 baş camış saxlanılırdısa indi onların baş sayı 3000-dən çoxdur.
Təsərrüfat sahibləri deyir ki, dövlət tərəfindən fermerlərə verilən güzəştli kreditlər artırılarsa və iş adamları bu sahəyə sərmayə yönəldərsə qısa müddətdə rayonda camışçılığın inkişafında böyük irəliləyişə nail olmaq mümkündür.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bilesuvarin_heyvandarliq_teserrufatlarinda_camislarin_sayi_artir-882531

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR