Tarixdə bu gün nə ilə yadda qalıb?

Tarixdə bu gün nə ilə yadda qalıb?
00:06 7 Sentyabr 2015
83 Digər
Ölkə mətbuatı
A- A+

Tanınmış ədəbiyyatşünas və teatrşünas, ictimai xadim Cəfər Cəfərov ilin bu günü 1914-cü ildə anadan olub. Azərbaycan teatrşünaslıq elminin formalaşmasında müstəsna xidmətlər göstərən ictimai xadimin bu elmin fundamental inkişafında böyük əməyi olub.

ANS PRESS-in məlumatına görə teatrşünas, ədəbiyyatşünas və estetik Cəfər Cəfərov tənqidi fəaliyyətə 1930-cu ildən başlayıb. Milli səhnəmizin korifeyləri olmuş Hüseyn Ərəblinskinin, İsmayıl Hidayətzadənin, Həqiqət Rzayevanın, Mehdi Məmmədovun, Tofiq Kazımovun, Abbasmirzə Şərifzadənin, Rza Təhmasibin yaradıcılıqları barədə dəyərli elmi məqalələr və sanballı monoqrafiyalar yazıb. Akademik Milli Dram Teatrının tarixini fundamental şəkildə araşdırıb və həmin mövzuda bir neçə kitab çap elətdirib. Azərbaycan və bir sıra rus teatrlarının ən maraqlı tamaşalarına sanballı resenziyalar yazıb. Alimin "Rejissor sənəti", iki cilddə Azərbaycan və iki cildə rus dillərində "Seçilmiş əsərləri", "Azərbaycan Dram Teatrı" kitabları dəyərli tədqiqat nümunələridir. Onun "Cavid və teatr", "Mirzə Fətəli Axundazdənin dramaturgiyası", "Mirzə Fətəli Axundzadə və teatr", "Vilyam Şekspirin dramaturgiyası" elmi əsərləri milli teatrşünaslıq elmimizin dəyərli yaradıcılıq örnəkləridir. Cəfər Cəfərov sənətşünaslıq doktoru (1961), Azərbaycan MEA-nın müxbir üzvü (1962) idi. Alim 1972-ci ildə Azərbaycan Respubliksının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub.


Miladi: 6 sentyabr 2015
Hicri: 21 Zilqədə 1436

İlin 250-ci günü
İlin sonuna 115 gün qalır.


Bu günün namaz vaxtları

Fəcr - 06:00
Günəş – 07:12
Zöhr – 13:43
Əsr – 17:52
Məğrib - 20:22
İşa – 21:42

Tarixdə bu gün

Dünyada olan hadisələr

1812 - Moskvaya yürüş edən Napoleon rusları şəhərin 120 km qərbində, Borodino döyüşündə məğlub etdi.
1860 - Harribaldi özünü diktator elan edir.
1882 - Nyu-Yorkda bir məhəllə elektriklə təchiz olunur.
1943 – İkinci dünya müharibəsi: İtaliya müttəfiqlərə təslim oldu.
1953 - Xruşşov SSRİ rəhbəri olur.
1956 - BMT köləliyi və qul ticarətini qadağan edən qətnamə qəbul edir.
1986 - Çilidə Pinoçet (ing. Pinochet) suiqəsdə məruz qaldi, 5 qorucusu öldü.
1986 - Dezmon Tutu (ing. Desmond Tutu), Cənubi Afrikada ilk qərə Anqlikan Kilsəsi lideri oldu.
1998 - Google şirkəti təsis olunur.


Azərbaycanda olan hadisələr

1992 - Azərbaycan Respublikası Yaponiya ilə diplomatik əlaqələr qurub.


Doğumlar

1533 - Yelizaveta - İngilis kraliçası
1911 - Todor Jivkov - Bolqar lideri
1914 - Cəfər Cəfərov - Tanınmış ədəbiyyatşünas və teatrşünas, ictimai xadim
1980 - Əmrə Bəlözoğlu - Türk futbolçu


Ölümlər

1996 - Tupak - Amerikan repçi qətlə yetirilib.
1997 - Mobutu Sese Seko - Zair diktatoru


Bayramlar və xüsusi günlər

1822 - Braziliya - müstəqillik günü

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=360046

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR