Play Store

Bakı-2015: Azərbaycana gələcək daha 30 komanda müəyyənləşib

15:07 28 Yanvar 2015
398 İdman
Ölkə mətbuatı
A- A+

[ 28 Yanvar 2015 15:01 ]



Bakı – APA. Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək basketbol komandalarının tam siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, voleybol idman növünün ardınca 3X3 növü üzrə təşkil olunacaq yarışda da 32 yığmanın adına aydınlıq gəlib.

 

Belə ki, Azərbaycan ev sahibi kimi həm kişilərin, həm də qadınların mübarizəsində qüvvəsini sınayacağı halda, daha 11 ölkə hər 2 dəst medal uğrunda gücünü yoxlayacaq.

 

Ümumilikdə, 20 ölkənin yığmasının heyətində 128 idmançının qatılacağı basketbol komandalarının siyahısını isə FİBA-Avropa bu günlərdə təsdiqləyəcək.

 

Qeyd edək ki, komandaların hamısı son Avropa çempionatının nəticələrinə əsasən müəyyənləşib. Bu yarışın həlledici mərhələsinə yüksələnlər Bakı-2015-də də iştirak hüququ qazanıblar.   

 

3X3 yarışları iyunun 23-26-da müvəqqəti idman obyekti – Avropa Oyunları Parkında tikintisi davam edən Basketbol Arenasında keçiriləcək.

 

Basketbol, 3X3

Kişilər: Azərbaycan, Andorra, Belçika, Çexiya, Estoniya, Yunanıstan, İsrail, İtaliya, Litva, Rumıniya, Rusiya, Serbiya, Sloveniya, İspaniya, İsveçrə, Türkiyə

 

Qadınlar: Azərbaycan, Belçika, Çexiya, Yunanıstan, İrlandiya, İsrail, Litva, Hollandiya, Rumıniya, Rusiya, Slovakiya, Sloveniya, İspaniya, İsveçrə, Türkiyə, Ukrayna


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370681

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR