x
Loading...

“Xeyir ilə Şərin rəqsi” bədii filminin istehsalı yekunlaşır

“Xeyir ilə Şərin rəqsi” bədii filminin istehsalı yekunlaşır
03:01 7 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+
.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə istehsal olunun “Xeyir ilə Şərin rəqsi” bədii filminin istehsalının son tamamlama işləri aparılır. Mədəniyyət və Turizm Nazirliyi mətbuat xidmətindən ANS PRESS-ə daxil olan məlumata görə, sözügedən filmin yaxın vaxtlarda təhvil verilməsi nəzərdə tutulur.

Xalq Yazıçısı Çingiz Abdullayevin "Quba kapriççosu" romanının motivləri əsasında ekranlaşdırılan, psixoloji detektiv janrında olan “Xeyir ilə Şərin rəqsi” filmin quruluşçu rejissoru Yavər Rzayev, ssenari müəllifləri Çingiz Abdullayev və Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nasirov, bəstəkarı Siyavuş Kərimi, prodüseri Müşfiq Hətəmovdur.

Qubanın Qırımızı qəsəbəsində Qacar şah nəslinə mənsub nadir almazın axtarışı əsas süjet xəttini təşkil edən filmdə İlqar Muradov, Məbud Məhərrəmov, Şükufə Yusupova, Münəvvər Əliyeva, Qurban İsmayılov, Ayşad Məmmədov, Əjdər Zeynalov, Rasim Cəfərov və digərləri çəkiliblər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=360053

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR