Prezident İlham Əliyev: Qazlaşdırma Azərbaycanda minimum 90-95 faiz olmalıdır

Prezident İlham Əliyev: Qazlaşdırma Azərbaycanda minimum 90-95 faiz olmalıdır
15:08 28 Yanvar 2015
173 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 28 yanvar, AzərTAc
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev deyib ki, son illərdə həm Bakıda, həm bütün bölgələrdə infrastruktur layihələrinin icrası prioritet xarakter daşıyırdı. Çünki bu olmasa, heç bir regional inkişaf proqramı icra edilə bilməz. Bu, necə icra edilsin, o müəssisə necə yaradılsın ki, o bölgədə, rayonda elektrik enerjisi, yol yoxdur?
“Ona görə, bax, ilk növbədə, infrastruktur layihələri, - onu da mən 2003-cü ildə demişəm, - elektrik təminatı və yollar olmalıdır. Ondan sonra prioritet olaraq qazlaşdırma, içməli su, meliorasiya”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, biz, bax, bu ardıcıllıqla da gedirik.
Prezident İlham Əliyev deyib: “Bütün şəhərlərdə qazlaşdırma yüz faiz səviyyəsindədir. Bu da tarixi nailiyyətdir. Heç vaxt belə olmamışdır. Hətta sovet dövründə bəzi rayonlarda ümumiyyətlə təbii qaz çəkilişi aparılmamışdır. İndi bütün şəhərlərimizdə hər bir evdə yüz faiz təbii qaz var. Kəndlərdə də bu proses gedir. Hər rübdə bir dəfə mənə məlumat verilir. Hansı kəndlərdə qazlaşdırma işləri aparılıb. Biz böyük işlər görmüşük və qazlaşdırma Azərbaycanda minimum 90-95 faiz olmalıdır. Biz proqramın sonunda - 2018-ci ildə bu məqsədə də çatacağıq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Prezident_Ilham_Aliyev_Qazlasdirma_Azerbaycanda_minimum_90_95_faiz_olmalidir-828042

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR