Yastıq döyüşü qanlı bitdi: çox sayda yaralı var (FOTO, VİDEO)

Yastıq döyüşü qanlı bitdi: çox sayda yaralı var (FOTO, VİDEO)
05:21 7 Sentyabr 2015
59 Digər
Ölkə mətbuatı
A- A+

Amerikadakı hərbi məktəblərdən birinin həyətində çox sayda kursantın yaralanması ilə nəticələnən yastıq döyüşü baş verib. ANS PRESS-in məlumatına görə, “West Point” hərbi məktəbində məzun olan kursantların ənənəvi olaraq keçirdiyi əyləncə zamanı 30 hərbçi xəsarət alıb.



Yastıqlarla yanaşı döyüş kaskalarının və zirehli jiletlərin də istifadə olunduğu döyüş zamanı yastıqların içərisinə qoyulmuş sərt əşyalar səbəbindən bəzi kursantlar huşunu itirib. Həmçinin əyləncə məqsədli döyüşdə bəzi əsgərlərin ayağı sınıb, bəzilərinin isə çiyni çıxıb.



Yastıq döyüşü aksiyasını ləğv etməyi düşünmədiklərini deyən “West Point” rəhbərliyi xəsarətlərin ciddi olmadığını, bütün kursantların işinin başında olduğunu bildirib. Həmçinin döyüş vaxtı yastıqların içərisinə sərt əşya yerləşdirilməsi ilə əlaqədar istintaq başladığı vurğulanıb.



Sosial şəbəkələrdə isə yastıq döyüşü aksiyasını əks etdirən fotolar yayılıb.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=360055

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR