Silahlı Qüvvələr terror aktı barədə bəyanat yaydı

Silahlı Qüvvələr terror aktı barədə bəyanat yaydı
07:26 7 Sentyabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+

Bu gecə Hakkari vilayətində baş vermiş terror hadisəsi ilə bağlı Türkiyə Silahlı Qüvvələri (TSK) bəyanat yayıb. ANS PRESS-in məlumatına görə, bəyanatda separatçı terror təşkilatına qarşı başladılan əməliyyatların sürətlə davam etdiyi bildirilir.

“2015-ci il iyulun 24-də başladılan, intensiv hava hərəkatı ilə sərhəddən kənarda separatçı terror təşkilatına aid hədəflərin vurulması nəticəsində böyük itkilərin verdirilməsindən sonra ölkə daxilində separatçı təşkilata aid hədəflərin məhv edilməsi məqsədi ilə əməliyyatlar sürətləndirilib.

Xüsusilə Hakkari bölgəsində terror təşkilatı tərəfindən körpülərə və yollara küstar üsulla hazırlanmış partlayıcıların yerləşdirilməsi səbəbilə xalqımızın yol imkanları məhdudlaşdırılıb. Bölgə xalqımızın təhlükəsiz və rahat yol imkanlarını təmin etmək məqsədi ilə 2015-ci il 4 sentyabr tarixdən başladılan əməliyyatlar dağlıq ərazilərdə və yollarda fasiləsiz davam edir.

2015-ci il sentyabrın 6-da Dağlıca – Yüksəkova yolunda hərəkəti bərpa etmək üçün aparılan əməliyyatda 3 ədəd küstar üsulla hazırlanmış partlayıcı aşkarlanaraq zərərsizləşdirilib. Əməliyyatın davamında yola basdırılan digər partlayıcıların işə düşməsi ilə 2 zirehli maşınımıza ziyan dəyib. Hadisə nəticəsində qəhrəman silahdaşlarımızdan şəhid olanlar və yaralananlar olub.

Bölgədə həyata keçirilən intensiv hava hərəkatı çərçivəsində 2 ədəd “F16” və 2 ədəd “F4” ilə separatçı terror təşkilatına aid 13 hədəf vurulub. Hava şəraitinin əlverişsizolmasına baxmayaraq əməliyyat qərarlılıqla davam edir.

Bizə böyük kədər və təəssüf hissi yaşadan bu hücum zamanı ölən şəhidlərimizə Allahdan rəhmət, şəhidlərimizin dəyərli ailələrinə, yaxınlarına, TSK mənsublarımıza və uca türk millətinə başsağlığı və səbr, yaralanan silahdaşlarımıza təcili şəfa arzulayırıq.

Bölgədə əməliyyatlar davam edir və hadisələrin gedişi barədə məlumat veriləcək.” – deyə bəyanatda bildirilib.

Bu gecə Hakkarinin Yüksekova rayonunda çox sayda əsgərin ölümü və yaralanması ilə nəticələnən terror hadisəsi baş verib. Bundan sonra təcili olaraq baş nazir Əhməd Davudoğlunun başçılığı ilə Milli Təhlükəsizlik Şurasının (MGK) iclası çağırılıb. 2 saat davam edən iclasdan sonra TSK-nın açıqlama verəcəyi bildirilib. Açıqlamada şəhidlərin və yaralıların dəqiq sayı barədə rəqəm bildirilməyib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=360058

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR