ABŞ Azərbaycandan vaxt istədi

ABŞ Azərbaycandan vaxt istədi
08:04 7 Sentyabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

Xarici radiostansiyaların yayımı ilə bağlı məsələnin tənzimlənməsi barədə müzakirə aparılıb

Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) şuranın sədri Nuşirəvan Məhərrəmli ilə ABŞ-da Yayımın İdarəetmə Şurasının nümayəndələri Duog Boynton, Enver Sefir, “Azadlıq” radiosunun nümayəndəsi Juliya Ragana, ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimai əlaqələr şöbəsinin müdiri Terri Devidson, ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri Coanna Qanson arasında görüş keçirilib.


MTRŞ-dən APA-ya verilən məlumata görə, görüşdə “Azadlıq” və “Amerikanın səsi” radiolarının Azərbaycan ərazisində yayımı ilə bağlı məsələ müzakirə edilib. N. Məhərrəmli bunun sırf hüquqi məsələ olduğunu xatırladaraq, onun siyasiləşdirilməsinin əleyhinə olduğunu bildirib. Görüşdə MTRŞ sədri Azərbaycanın teleradio sistemi ilə bağlı qonaqlara ətraflı məlumat verib. Şura sədri qanunvericilikdə xarici teleradio yayımçılarının Azərbaycanın ərazisində milli tezliklərdə yayımını qadağan edən müddəalar barədə qonaqları məlumatlandırıb. N. Məhərrəmli Azərbaycanın qanunvericiliyində xarici teleradio yayımçılarının yalnız kabel şəbəkəsi, peyk və internet vasitəsilə yayımının mümkünlüyünün təsbit edildiyini qonaqların nəzərinə çatdırıb.


MTRŞ üzvü Qafar Cəbiyev isə APA-ya açıqlamasında deyib ki, N. Məhərrəmli qonaqlara bildirib ki, dövlət arasında razılıq olarsa, bunun əsasında xarici radiostansiyaların Azərbaycanda yayımını davam etdirmək mümkündür: “Onlar isə qeyd etdilər ki, bu istiqamətdə addımlar atmağa çalışacaqlar. Qonaqlara eyni zamanda bunun üçün şuradan vaxt istədilər”.


Şura üzvünün sözlərinə görə, N. Məhərrəmli qeyd edib ki, bununla bağlı MTRŞ-də müzakirələr aparıla bilər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/13316

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR