Ötən ay 33114 ton avtomobil benzini satılıb

Ötən ay 33114 ton avtomobil benzini satılıb
08:04 7 Sentyabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

Noyabrda 1 ton avtomobil benzininin qiyməti 425,05 dollar olub

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) neft məhsullarının ötən ay üzrə ixracına dair rəqəmləri açıqlayıb. Nəticələrə görə, bu ilin noyabr ayı ərzində ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 33 min 114 ton avtomobil benzini, 133 min 669 ton dizel yanacağı, 15 min 223 ton təyyarə yanacağı, 85 min 934 ton soba mazutu ixrac edib.
Şirkətdən Lent.az-a bildiriblər ki, ötən ay dünya bazarında 1 ton avtomobil benzininin qiyməti 425,05 dollar, təyyarə yanacağının 615,14 dollar, dizel yanacağının 581,21 dollar, 1 faizli kükürdlü mazutun qiyməti isə 289,11 dollar təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında 343 min 727 ton avtomobil benzini, 1 milyon 260 min 929 ton dizel yanacağı, 204 min 364 ton təyyarə yanacağı, 526 min 733 ton soba mazutu satılıb.
Elxan SALAHOV


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/13312

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR