Avropa puç olmuş ümidləri necə bərpa edəcək?

Avropa puç olmuş ümidləri necə bərpa edəcək?
08:22 7 Sentyabr 2015
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Kreditorlar və rəsmi Afina arasındakı anlaşma, az adamı inandırdı ki, Aİ-nin süqutu geridə qalıb. Böhran təkcə vahid valyutanı deyl, Avro İnteqrasiya modelini də bürüyüb. Avropa İttifaqı vətəndaşların etimadını necə bərpa etməlidir? Eyni zamanda Aİ, Avropa vətəndaşlarının, hamsının eyni taleyə mailk olduqlarını necə sübüt etməlidir? 

Tanınmış sosioloq, London İqtisadiyyat Məktəbinin sabiq direktoru Entoni Qiddens "Narahat və güclü qitə: Avropanı gələcəkdə nə gözləyir?" adlı kitabında yazır ki, 2013-cü ildə "Avrobarometr" nəşrinin araşdırmalarına əsasən, məlum olub ki, Aİ-yə qarşı məyusluq artmaqdadır. Misal üçün, 2007-ci ildə aparılan sorğuya əsasən, əhalinin 65% Aİ-yə inandığını, 23%-i isə inanmadığını bildirib. Bu gün vəziyyət radikal dəyişikliklərə məruz qalıb. Hazırda 20% Aİ-ni dəstəkləyir. 72% isə bu quruma inanmadığını bildirib. Belə rəqəmlərə daha çox Portuqaliyada, Yunanıstanda, İrlandiyada, Macarıstanda və Rumıniyada rast gəlinib. AB-nin aparıcı üzvlərindən hesab olunan Almaniya, Avstriya və Finlandiyada da bu baxımdan vəziyyət elə də ürəkaçan deyl. Böyük Britaniyada da Aİ-yə olan inam günü-gündən azalmaqdadır. Bir çox ölkələrdə Aİ əleyhinə nümayişlər də keçirilib.

Demək olar ki, Aİ-nı dəstəkləyən aksiyaya şahidlik etməmişik. Bir sıra uğurlarına baxmayaraq, Aİ hələ də vətəndaşlarının etimadını qazana bilməyib. Akademik mühitdə deyildiyi kimi, Aİ daha çox "funksionalistik" qurum təsiri bağışlayır və real hisslərlə heç bir əlaqəsi yoxdur. Bu səbədən də çoxsaylı vədlərə baxmayaraq bu qurum öz vətəndaşları tərəfindən dəstəklənmir.

Gözəgörünməz Aİ

Aİ-nin öz vətəndaşlarından belə uzaq olmasının səbəbi, quruluş xüsusiyyətlərindən asılıdır. Açıq danışsaq, demək olar ki, Aİ demokratiya və effektli lider baxımından əziyyət çəkir. İttifaqın əsas 3 birliyi var - Avropa Komissiyası, Avropa Şurası və Avropa Parlamenti. Ümumi olaraq götürsək, görərik ki, Avropa Komissiyasının əsas məqsədi Aİ-nin planlarını qəbul etmək və siyasətini müəyyənləşdirməkdən ibarətdir. Komisiyanın təkliflərini Avropa Şurası və Avropa Parlamenti qəbul edir. Bu proses çox vaxt uzun olur və nadir hallarda uğurla nəticələnir. Aİ vətəndaşları bu proseslərdə birbaşa iştirak etmir.

Avropa Şurasında təmsil olunan namizədlər daha çox diqqəti öz ölkələrindəki problemlərə ayırırlar. Seçki prosesi gözlənildiyi kimi yüksək səviyyədə keçmir. Avropa Parlamenti, əsasən, izləyici mövqe tutur və onun fəaliyyəti çox vaxt qeyri müəyyənliyi ilə seçilir. Aİ-nın aparıcı dövlət başçıları da əsasən, ikili standartlara üstünlük verirlər. Onlar Aİ-nın maraqlarına uyğun çıxış etdiklərini bildirsələr də, daha çox öz dövlətlərinin marağını güdürlər. Vətəndaşlara gəlincə isə, onlara müdafiə məqsədi ilə yüngülçəkili legitimlik təklif olunur, çünki Aİ onların gündəlik həyatları ilə elə də əlaqəli deyl.

Aİ-nın idarə olunması mərhələli şəkildə həyata keçirilir, burada əsas rolu Avropa Komisiyası oynayır. Belə bir sistemin şəxsi adı da var - "Monne metodu". Aİ-nın banilərindən olan Jan Monne belə hesab edidi ki, Ai-nin tam formalaşması üçün hadisələr tələsdirilməməlidir. Bu səbədən də qurumla bağlı ilkin proseslər qapalı şəkildə və məhdud dairədə keçirilirdi. Üzvlərin bir qismi bu proseslərdə iştrak etmirdilər. Bu səbədən də Aİ, sanki, gizli şəkildə fəaliyyət göstərirdi. Bu səbədən də vacib qərarların verilməsi zamanı müəyyən problemlər yaranırdı. Rəsmi orqanlar, demək olar ki, belə qərarları özbaşına verə bilmirdilər. Belə olan halda Aİ-nin əsas aparıcı üzvləri hadisələri nəzarətə götürərək gedişatına nəzarət edirdilər. Almaniyanın birləşdirilməsi və Avronun istehsalı da məhz bu şəkildə verilmiş qərarlardandır. Belə vəziyyətdə əsas ölkələr qismində Fransa və Almaniya çıxış edir. Onlar daha çox digər təşkilatlar və müəyyən dövlətlərin dəstəyi ilə qərarlar verirlər.

Belə bir idarəetmə iki müxtəlif cəbhənin yaranması ilə nəticələnir. Onları şərti olaraq fəaliyyətlərinə əsasən "Aİ-1" və "Aİ-2" adlandıraq. "Aİ-1" Monne metodu ilə olan Avropadır. Burada idarəetməni Avropa Komissiyası, Avropa Şurası və Avropa Parlamenti təmin edir. Bu qurumun böyük siyasi gücü var. Avropa Komissiyası və Avropa Şurası arsındakı fərq "Aİ-1" və "Aİ-2" arasındakı fərqlə az oxşardır. Burada iki fərqli məsələ qabardılır. Hadisələrin necə olmalı olduğu və hadisələrin, əslində, necə olduğu. Söhbət həm adi vaxtlardan həm də böhran dövründən gedir. "Aİ-2" öz fəaliyyətini daha çox pərdə arxasında görür. Buna görə də onları, bir növ Manne metoduna daha yaxın hesab etmək olar. Bu səbədən də Avropa Komissiyası hər hansı bir qərarı vermək istədikdə məhz bu yönümə yaxınlaşır. Onlar ölkə liderləri ilə qeyri-rəsmi məsləhətləşmələr aparırlar. "Aİ-2" əsas nümayəndələri Almaniya kansleri (İndi bu şəxs Angela Merkeldir) və Fransa prezidenti (Fransua Olland) hesab olunurlar. Onlarla eyni cəbhədə bir sıra digər dövlətlərin nümayəndələri ilə yanaşı Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu da var. Aİ-2 nin tərkibində düşmək imkanı daha çox Avropa Komissiyası və Avropa Şurasının nümayəndələri üçün xarakterikdir. Son zamanlar "Üçlük" termini daha geniş müzakirə mövzusu olub. Bu deyim Avropa Komisiyası, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondunun rəhbərlərini xarakterizə edir. Onlar iqtisadiyyatdan və problemli dövlətlərdən məsuliyyətlidirlər. Lakin bu amil tam reallığı əks etdirmir, bu gün Aİ-da ən vacib fiqur Almaniya kansleri Merkel hesab olunur. Bütün qərarlar onunla razılaşdırıldıqdan sonra verilir.

Problem yox, həll

Avropa haqda fikir bildirən mütəxəssislərin böyük əksəriyyəti daha çox ərazidəki problemləri qabartmağa çalışırlar. Mən belə hesab edirəm ki, regionda iki bir-birindən asılı proses var- bunlar bölünmə və konfliktlərdir, lakin inteqrasiyanı da qeyd etmək lazımdır. Hazırkı böhranın genişmiqyaslılığı Aİ üçün gələcəkdə vahid tale baxımından böyük təcrübə qazandırır. Belə deməklə mən bunları nəzərdə tuturam: Avropa sakinləri və onların siyasi liderləri başa düşdülər ki, bir-birlərindən asılıdırlar. Bu günlərdə ilk dəfə olaraq ictimai siyasi mühit formalaşıb. Baş verən etirazların nəticəsində Avropa ölkələri və vətəndaşları, qarşıya qoyulan siyasi məqsədlərini genişləndirib. Daxili seçkilər açıq şəkildə Avropa ölkələrindəki problemlərin göstəricisidir. Demək olar ki, bütün gündəlik qəzetlər (hətta Böyük Britaniyada da) Aİ-yə həsr olunan məqalələr çap etdirir. Bu hadisənin böyük tarixi əhəmiyyəti var.

Mənim kimi Aİ-yə uzun ömr və çiçəklənmə arzulayanlar özlərinə belə bir sual verə bilər. Mənfi dəyişiklikləri müsbət dəyişikliklərlə əvəzləmək olarmı? Bu halda Aİ-2 böyük bir qüvvəyə çevrilərək demokratik müdaxilələr etmək gücündə olacaq. Belə olan halda insanlar Aİ-na məxsus olduqlarını tam olaraq dərk edib siyasətlərini də buna uyğun quracaqlar. İndi olduğu kimi, öz ölkəsinin maraqlarını güdmək ikinci plana keçəcək.

Mənim arqumentlərim uzunmüddətli gözləntilərdə bu cür ifadə oluna bilər - Avro yaradanları tərəfindən qarşıya qoyulan məqsədlərə çatdı. Onun sayəsində Avrozona yarandı ki, bu da Avropa ölkələrini daha da yaxınlaşdırdı. Lakin bu proses sürətlə həyata keçdiyi üçün müəyyən çətinliklərlə müşahidə olundu. İqtisadi və maliyyə intizamı mexanizmləri, hansı ki Aİ da əzəldən olmalı idi, bu gün böhrandan sığortalanmaq üçün yaradılıb. Aİ-2 öz mahiyyətinə xas olmayan şəkildə, Almaniya ilə razılaşdırılmış planda olsa da, sürətli qərarlar verir. Demək olar ki, Almaniya vaxtı ilə müharibə yolu ilə əldə etmək istədiyini, danışıqlar vasitəsi ilə əldə edib. Söhbət Avropadakı dominant roldan gedir. Lakin uzunmüddətli gözləntilərdə "Almaniya Avropası" süquta məhkumdur. Belə ki, Almaniyanın müşahidə olunan liderliyi heç də birmənalı qarşılanmır. Bunu dəstəkləyən və ya dəstəkləməyən qüvvələr var. Avropa özü üçün vahid mərkəz müəyyənləşdirməlidir. Eyni zamanda vətəndaşların marağı da nəzərə alınmalıdır (4npress).

Nə qədər çətin səslənsə də, Aİ ərazidə iqtisadi stabillik yaratmalıdır. Avropa perespektiv cəhətdən Amerikadan daha geniş imkanlara mailkdir. Lakin məlum idarəetmə bu zonaya daha da inkişaf etməyə imkan vermir. Avropada elə ölkələr var ki, böyük miqyaslı müqavilələr bağlamaq və çətin öhdəliklər götürmək gücündə deyllər. Lakin birləşmiş şəkildə bütün iqtisadi çətinlikləri aradan qaldırmaq olar. Aİ ümumilikdə ərazinin marağını təmin edən genişmiqyaslı layihələrə imza atmalıdır. Bununla da Aİ problemə deyl həllə çevrilə bilər.

Alman Avropası

Birləşmiş Avropa ideyasının əsas tərəfdarlarından olan Yoşka Fişer deyir: "Aİ-nin məxfi qərarlar verməsinin qarşısını almaq və vətəndaşlar arasında nüfuzunu qaldırmaq üçün nə etmək lazımdır?" Bir qədər skeptik səslənsə də, Aİ-nın əsas problemləri məhz budur. Aİ-2 gizli şəkildə müşavirələr keçirir və qərarlar verir. Bu qərarlarla bağlı fikir bildirmək ya çətin məsələ hesab olunur, ya da ümumiyyətlə, mümkün olmur. Belə olan halda məmurların qərarlarına təsir etməyin yeganə yolu kütləvi etirazlardır. Əhalinin marağı diqqətə alınmır. Hər hansı bir ölkə ilə bağlı verilən qərarlarda Almaniyanın mövqeyi daha çox diqqəti cəlb edir. Lakin ümumi iş sistemi böyük narazılıqlarla qarşılanır. Almaniyadakı nəşrlərdən biri belə bir ifadə ilə diqqəti çəkə bilmişdi: "Almaniya arxasınca aparır, amma gələnlər könülsüzdür". Eyni mənbə bildirib ki, İtaliyada, İspaniyada, Yunanıstanda və Kiprdə etirazlar zamanı insanlar küçəyə əllərində Hitlerin bığları çəkilmiş Merkelin şəkilləri ilə çıxmışdılar. İtaliyada isə "Dördüncü Reyx" adlı məqalə daha çox qabarmışdı. Məqalədə Merkelin faşist salamı verən tərzdə şəkili də var idi.

Qərbi Avropada da anti-Almaniya çıxışları davam edir. Polşa müxalifətinin lideri Yaroslav Kaçinski Merkelin Almaniya kansleri seçilməsini təsadüf adlandıranları qınayıb. Bu yöndə Merkel, Ştazinin köməyindən istifadə edibmi sualına isə Kaçinski belə cavab verdi: "Gəlin bu haqda danışmayaq". Kaçinski ölkədə anti-Almaniya meyarlarını daha da gücləndirir. Onun rəhbərlik etdiyi qruplar, Aşağı Sileziyada haqq-ədaləti bərpa etmək naminə alman təzyiqinə etirtaz edərək - "Bura Polşadır" lozunqu ilə çıxış etmişdilər. 2012-ci ilin yanvar ayında Budapeştə 1 milyondan çox insan küçələrə çıxaraq Aİ-yə etiraz etmişdi. İnsanlar ölkənin daxili siyasətinə qarışan Aİ-yə qarşı "Biz Koloniya deylik" lozunqu ilə çıxış edirdilər. Aİ-nin təsiri böyük ölçüdə Avronun stabilliyindən asılıdır. Avronun gücləndirilməsi məqsədi ilə, Almaniya markadan imtina edərək örnək olmağa çalışırdı. Lakin bu istiqamətdə atılan addımlar elə də effektivliyi ilə seçilmir. Almaniya Aİ-də nə qədər liderliyi ilə seçilsə də, bu qurumdan çox asılıdır. Bu qurum isə təkcə Almaniyadan ibarət deyil, demək, Almaniya digər Avropa ölkələrindən də asılıdır. Bundan başqa ölkədə Avroya keçid, Almaniyaya Aİ-ni inkişaf etdirmək baxımından daha maraqlı edib. Əgər Avro süquta uğrasa, bundan daha çox əziyyət çəkən Almaniya olacaq. Avropanın əsas çətinliyi Aİ-1-in zəifliyindən qaynaqlanır. Demokratik qərarların verilməsi baxmından güclü liderin olmaması müəyyən çətinliklər yaradır. "Alman Avropa"sı əbədi deyil və qeyri-stabilliyi ilə seçilir. Bu səbədən də Aİ-nin gələcəyi Federativ İdarəetmədən keçir. Bu çıxış yolu üçün yeganə mümkün yoldur.

Avrozonadan necə çıxmalı?

Ancaq irəli getməklə. Lakin geriyə yol varmı? Avronun süqutu dəhşətli bir proses olacaqmı? Süqut prosesi ilə bağlı əvvəldən müəyyən fikirlər dolaşır. 2012-ci ilin may ayında Pol Kruqman qeyd etmişdi ki, bununla bağlı tez-tez müzakirələr aparılır və aşağıdakı hadisələr gözləniləndir:

Yunanıstan Avro zonasından çıxacaq (Böyük ehtimalla artıq gələn ay).

İspaniya və İtaliyanın bank sektorları külli miqdarda vəsaiti Almaniya banklarına ötürməyə çalşacaqlar

(a) Ehtimal var ki, xarici banklara pulun ötürülməsi və nağd pulun verilməsi ilə bağlı müəyyən problemlər və məhdudiyyətlər yaransın.

(b) Bununla bağlı olaraq, ehtimal var ki, banklara Avropa Mərkəzi Bankından maddi yardım göstərilsin.

(a) Almaniya, İtaliya və İspaniyadakı vəziyyət nəticəsində yaranmış dövlət borcları ilə bağlı məsuliyyəti öz üzərinə götürəcək. Bununla da Avrozonadan kənardakı inflasiyanın çoxlaması ilə razılaşacaq.

(b) Avronun süqutu

Sonda isə Kruqman bildirib ki, bütün bu proseslər bir neçə ildə deyil, bir neçə ayda baş verəcək.

Belə demək olar ki, Kruqman səhv edib (Ən pis halda hələ ki), ilkin ehtimallar özünü doğrultmur, müddətlə bağlı açıqlamalarında da səhvə yol verib. Ehtimallar, demək olar ki, Aİ-nın çox az hissəsinə aid olub. Daha doğrusu, təkcə Kiprə. Lakin ehtimal var ki, bu amil digər ölkələrə də toxunsun. 3 (B) ehtimalı artıq reallaşıb. 4 (a) isə Almaniyaya qarşı olan kinin göstəricisidir. Lakin ehtimal olunur ki, iki əsas səbəbə görə 4 (b) bəndi reallaşsın. Birincisi, bu günə qədər Avronun xilası hər zaman böyük əhəmiyyət kəsb edib. İkincisi isə böhranın dərin kökləridir. Burada Avro sisteminin çatışmazlıqları və Aİ-nın siyasi qeyri-stabilliyi də mühim rol oynayır.

Avronun idarəolunmayan böhranı həm Aİ, həm Avrozona ölkələri həm də dünya iqtisadiyyatı üçün böyük zərbələr vura bilər. Avro Aİ ölkələri arasında əsas əlaqə növüdür və o, süquta uğrasa, bir gün içində beynəlxalq anlaşmalarda böhran müşahidə olunacaq. Bundan Avroya aidiyyəti olmayan ölkələr də ziyan çəkəcək. Ümumiyyətlə, Avronun böhranı ilə bağlı yaranacaq hadisələri sıralamaqla qurtarmaq olmaz. Aİ bununla bağlı tədbirlər planı hazırlamışdı, lakin hər şey kağızda qalmaqda davam edir. Biz, sadəcə, böhran halında baş verə biləcəkləri təxmin edə bilərik, əslində isə hadisələr daha acı sonlqula nəticələnə bilər.

Bəs bunun qarşısını necə almaq olar? Bir neçə dövlətin Avrozonadan çıxması Aİ-nın gələcək fəaliyyətini möhkəmlədə bilərmi? Digər ölkələri dəstəkləməkdən bezən Almaniya, Avrozonanı tərk etsə, hansı hadisələr müşahidə oluna bilər? Ehtimal olunur ki, bir müddət adaptasiya dövründən sonra təzyiqlərdən azad və kiçik ölkələr qarşısında öhdəliyi olmayan Alman İqtisadiyyatı qısa zaman ərzində qüdrətini daha da artıra bilər. Lakin belə bir halın yaşanması müəyyən problemlər də yaradacaq. Belə olan halda Almaniya Avropa bazarında ancaq öz mövqeyini müdafiə edəcək ki, bu da müəyyən böhranla müşahidə oluna bilər. Bununla yanaşı Almaniyanın adaptasiya prosesi də bir qədər çətin keçəcək. Maliyyənin zəifləməsi, xırda müəssisələrin süqutu ilə nəticələnə bilər ki, bu da daxili tələbatda müqavimətə davamlılığı azaldacaq. Lakin hələ də uzun müzakirə olunan məsələlər sırasında Aİ-nin bir sıra üzvlərinin qurumu tərk etməsi təklifləridir. Lakin belə bir təklif intensiv müzakirələrə səbəb olmur. "Capital Economics" konsaltinq şirkətinin iqtisadiyyatçısı Rodjer Butl anoloji təklifi dəstəkləyən ən güclü tərəflərdən biri kimi çıxış edir. Butl hesab edir ki, bir və ya bir neçə ölkənin Avrozonadan çıxışı, həm Avrozona üçün həm də həmin ölkələr üçün böyük fayda verə bilər.

Belə bir ssenarini həyata keçirməmişdən öncə müəlliflərin bu haqda dediklərini intensiv araşdırmağa ehtiyac var. Avrodan imtina edərək bütünlüklə öz valuytasına köklənəcək ölkə ağırlığını itirsə də, ixrac etdiyi məhsulların müqavimətə davamlılığını artıracaq. Mütəxəssilər belə hesab edirlər ki, zəif ölkələrin Avrozonadan çıxışı böyük ölkələrin uğuru ilə nəticələnəcək. Lakin Butl hesab edir ki, hadisələrin gedişatı zamanı qaçılmaz olan devalvasiya çıxış yolu deyl, böhrandır. Argentinada 1955 və 1970-ci illərdə baş vermiş devalvasiya da məhz belə nətcələnmişdi. 1967-ci il Braziliyada, 1971-ci ildə isə İsraildə anoloji hadisələr müşahidə olunmuşdu. Həm də Avrozonada olan kiçik dövlətlərin taleyi də belə olan halda sual altına düşür. Lakin görüləcək işlər və atılacaq addımlar sirr olaraq saxlanılmalıdır. Çünki iqtisadi sferada ehtimallar, reallaşmamış güclü zərbə ilə müşahidə oluna bilər. Misal üçün, Çexiya və Slovakiyanın ayrıldıqdan sonra hərəsinin öz milli valyutası olacağı ilə bağlı xəbərlərin, prosesdən 6 gün tez məlum olması müəyyən iqtisadi problemlər yaratmışdı. Butl hesab edir ki, internetin intensiv inkişaf etdiyi dövrdə, belə xəbərləri sirr kimi saxlamq müəyyən çətinliklər yaradır. Sirrin digər mənfi tərəfi isə verilən qərarların ictimai rəydən uzaq olmasıdır. Proses uğursuluğa düçar olduqda siyasi konfliktlər artır və qərarı qəbul edənlərə qarşı ciddi ittihamlar formalaşır. Nəticədə ciddi sosial etirazlar yaranır.

Avrozonadan çıxış heç də asan proses deyl. Əvvala bunun məxfiliyi ilə bağlı yaranacaq problemləri aradan qaldırmaq lazımdır. Verilmiş qərara əsasən, Avrozonadan çıxacaq ölkənin buna hazırlanması zamanı bu haqda ictimaiyyətə məlumat verilməməlidir. Belə ki, bunun hadisə baş verməmişdən qabaq yayılması, həmin ölkə üçün iqtisadi baxımdan böyük böhranla nəticələnə bilər. Bundan başqa Avrozonadan çıxacaq ölkənin digər Avrozona ölkələri ilə münasibətləri pisləşəcək. Belə ki, Avronun tədbiqi ilə bağlı idarəolunmayan elə bir mexanizm yaradılıb ki, Avrozona ölkələri bir-birləri ilə sıx əməkdaşlığa təhrik olunublar. Tərəflər bir-birləri ilə beynəlxaq səviyyəli müqavilələrin icrası zamanı qarşı-qarşıya dura bilərlər. Bu, Avrozonadan çıxan ölkənin öhdəliklərini zəiflədə, həmin tərəfi devalvasiyaya məruz qoya bilər. Borcların tamami ilə ləğv olunması və yüngülləşdirilməsi ilə bağlı məsələlər də gündəmdə qalacaq. Bu münaqişənin həlli, tərəflərdən birinin rəsmi şəkildə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməməsini etiraf etməklə müşahidə olunacaq. Avrozonanı tərk edəcək ölkədə tətbiq olunacaq yeni pul vahidinin, ilkin mərhələdə Avroya bərbar olması vacib şərtlərdəndir.

Kağız və dəmir pulların istehsal olunması ilə bağlı da müəyyən çatışmazlıqlar var. Bəziləri təklif edir ki, Avrozonanı tərk edəcək ölkənin balansında olan Avroların dövriyyəyə buraxılması ilə baş vermiş çətinlikləri aradan qaldırmaq mümkün olacaq. Lakin bu prosesin nə dərəcədə effektli olacağı ilə bağlı təminat verilmir. Əlavə vəsaitin nişanlanması möczusu da müzakirə olunur. Lakin əhali tərəfindən belə pulların istifadəsi müsbət vədlər vermir.

Avronun inkişafı ilə bağlı yaranacaq tədbirlərin fəsadlarını aradan qaldırmaq üçün təklif olunan varinatlardan biri də nağd puldan mümkün qədər az istifadə mexanizmidir. Bu ərəfədə bir sıra beynəlxalq danışıqlar zamanı məhz köçürmə üsulundan istifadə olunur ki, bu da hadisələri daha sürətli və effektli edir. Bundan başqa nağd pulla aparılan alış-veriş zamanı da elektron vasitələrlə ödəmə prinsipinin tədbiq olunması, ancaq müsbət nəticələr verə bilər.

Bəs kapitalın zonanı tərk etməsinin və bank sisteminin iflasının qarşısını necə almaq olar? Hər hansı ölkənin Avrozondan çıxışını təmin etmək və həmin vaxtı müəyyənləşdirmək müəyyən çətinliklər yaradır. Bunu gizli şəkildə həyata keçirmək lazımdır. Əks təqdirdə insanlar nağd pullarını bankdan çəkərək onu evdə saxlamağa cəhd edəcəklər. Avrozonadan çıxış haqda məlumat, təşviş yaratmasın deyə, ya banklar işləməyəndə, ya da istirahət və ya bayram günləri elan etmək lazımdır. Belə olan halda müəyyən məhdudiyyətlər də qoyula bilər. Misal üçün, xarici pulların əldə olunması və xaricdə digər valyuta ilə hesab açmaq məhdudlaşdırıla bilər. Lakin bu prosesin müsbət nəticələnməyəcəyini bir daha vurğulamağa ehtiyac var. Hər hansı bir ölkənin Avrozonanı tərk etməsi Avroya olan etibarı azaldacaq və dünya iqtisadiyyatında təsirsiz ötüşməyəcək. Bu proses baş versə, reallaşmanı tədbiq edən əsas tərəflərdən biri mütləq Avropanın Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu olmalıdır. Bundan başqa prosesə Maliyyə İnstitutlarının cəlb olunması da vacib şərtlərdəndir.

Avrozondan hər hansı bir dövlətin çıxması deyildiyi qədər asan proses deyl. Ümid edək ki, Avropanın aparıcı ölkələri və institutları bu prosesə hazırdırlar. Ona görə də ümid etmək istərdik ki, bir və ya 2 elə də güclü olmayan dövlətin Avrozonadan çıxması pis nəticələr verməyəcək. Bəs görəsən, Avrozonanı adi yox, hansısa əsas bir ölkə, misal üçün, İtaliya ya İspaniya tərk etdi. Onda necə olacaq? Belə olan halda indiyədək qeyd etdiyimiz problemlər daha geniş şəkildə müşahidə olunacaq. Bu haqda "Bertelsman" fondu araşdırmalar aparıb. Demək, Portuqaliya və Yunanıstanın eyni addımı atması dərhal ölkələrdə işsizlik və iqtisadi böhranla nəticələnəcək. Onlara İspaniya da qoşulsa, fəsadlar daha ağır olacaq. Hadisələrin belə gedəcəyi təqdirdə təkcə ABŞ 2020-ci ilə qədər 1.2 trilyon Avro itirəcək. Bu gedişlə Avrozonadan İtaliya da çıxsa, o zaman nəticələr daha ağır ola bilər. Bu, hətta növbəti iqtisadi böhranın müşahidəsi ilə nəticələnəcək. Qeyd olunan müddətdə Almaniya 1.7 trilyon, ABŞ 2.8 trilyon, Çin isə 1.9 trilyon geri düşəcək.

Ən yaxşısı, mümkündürsə, Avrozonanı toxunulmaz saxlamaqdır. Avronun istehsalı təkcə siyasi məqsədlər daşımayıb. Bu, həm də dünya iqtisadiyyatı üçün vacib addım olub. Odur ki, məsləni Avrozonanı tərk etməklə həll etmək heç də ideal çıxış yolu deyl. İkinci Dünya müharibəsindən sonra Avropanın maliyyə sektorunda ciddi problemlər yarandı. 1970-ci ildə isə dollara uyğun siyasətlər qurulurdu. Bütün bu proseslər Avropanın valyuta sisteminin yaranmasına ehtiyac yaradırdı. Nəticədə Avro ərsəyə gəldi və bu ərazidə sözügedən Avrozona yaradıldı. Bu, bir sıra beynəlxalq danışıqlarda yaranan problemləri aradan qaldırmaqla daha vacib məsələlərə diqqətin yönəldilməsi ilə faydalı oldu.

Həmin ərəfədə İtaliya və İspaniya öz valyutalarını devalvasiyaya məruz qalmasının qarşısını ala bilmədilər. Britaniya funtu və İtaliya lirası valyuta mübadiləsi proseslərindən ixrac edildi. Fransa valyutası da çox ciddi zərbələr aldı, lakin sonda "Bundesbank"ın dəstəyi ilə qismən də, olsa böhrandan qurtula bildi. İspaniya pessetosu və Portuqaliya eskudosu da devalvasiyaya məruz qaldı. Avropanın valyuta sistemi yenidən qurulmaq məcburiyyətində idi. Maliyyə dəhlizini genişləndirsələr də, bu, çıxış yolu olmadı. Nəticədə Fransada devalvasiya müşahidə olundu. Həmin ərəfədə bütün devalvasiya prosesləri Amerika dollarına uyğun həyata keçirilirdi. Avronun yaranmasında da əsas məqsəd maliyyə bazarlarında dollara layiqli alternativin yaranmasına nail olmaq idi. Bu amil öz bəhrəsini verdi. Bütün çətinliklərə baxmayaraq avro dünya bazarında Dollara layiqli müqavimət göstərə bilirdi. Lakin bu ərəfədə Avro ciddi islahatlara məruz qalsa, o zaman dünya iqtisadiyyatında əsas rolu Çin və ABŞ oynayacaq ki, vəziyyətin də normallaşdırılması birbaşa onların siyasətindən asılı olacaq. Bu halda Çin öz valyutasının artmasına nail ola bilər ki, bu da dünya iqtisadiyyatında, Çinin rolunu artırmaqla yanaşı bir sıra daxili problemlərin həll olunması ilə müşahidə oluna bilər. Çin idarəçiləri bir neçə dəfə ABŞ və Aİ dövlətlərinə bildiriblər ki, lazımi qədər borc götürüb problemləri həll etmək mərhələsi artlıq geridə qalıb. Hadisələrin necə davam edəcəyini vaxt göstərəcək. Lakin proseslərin həlli ilə bağlı, hələ ki, ayrı çıxış yolları görünmür.

Nadinc və qüdrətli qitə

Ümid etmək istəyirik ki, hazırda Avropada müşahidə edilən qeyri-stabil vəziyyət keçmişdə qeydə alınan konfliktlər və qarşıdurmalardan fərqli olaraq səthi olacaq. Aİ-nın müəyyən problemlərlə üzləşəcəyi qaçılmazdır. Siyasi nəzər nöqtədən isə daha inteqrasiya və demokratik sistemə keçid qeyri-mümkün kimi görünür. Lakin daha toparlanmış Aİ dünya səviyyəli supergüc ola bilər. Qurumun üzvləri bu gün məhz bu məqsədə doğru irəliləməlidirlər. Aİ-nın nəinki irəli addım atmaq, eyni zamanda bir sıra tarixi və siyasi mükəlləfiyyətlərindən azad olmaq imkanı var. "O gün gəlsin ki, Avropa dirilsin və çiçəklənsin" Çörçilin bu deyimindən düz 70 il keçsə də, bu sözlər hələ də ruhlandırmaqda davam edir.

Orxan Hun
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/367362.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR