x
Loading...

Azərbaycan millisi Avropa Çempionatında birinci oldu

Azərbaycan millisi Avropa Çempionatında birinci oldu
08:17 7 Sentyabr 2015
40 İdman
Ölkə mətbuatı
A- A+
.

Binə qəsəbəsindəki "Elit Atçılıq və Polo" klubunda, Polo üzrə Avropa çempionatı davam edir.

Azərbaycan Polo Federasiyasından Trend-ə verilən məlumata görə, yarışın 3-cü günü Azərbaycan milli komandası, İrlandiya seçməsi ilə qarşılaşıb. Görüş seçməmizin 7-4 hesablı qələbəsi ilə başa çatıb. Bununla da komandamız ardıcıl 3-cü qələbədən sonra xallarının sayını 6-ya çatdıraraq turnir cədvəlinin vahid liderinə çevrilib.

Günün digər görüşündə ilk olaraq meydana İsveçrə və İtaliya komandaları çıxıblar. Oyun İsveçrə təmsilçilərinin aşkar üstünlüyü şəraitində başa çatıb 11-1. Ardınca Almaniya seçməsi İspaniya komandasını sınağa çəkib. Görüş almaniyalı polo ustalarının 8-5 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticələrdən sonra Polo üzrə Avropa çempionatında 3 günlük fasilə yaranıb. Yarışın növbəti mərhələsi əvvəlki 3 turda olduğu kimi qapalı manejdə deyl, açıq havada, yaşıl örtüklü meydanda keçiriləcək. Sentyabrın 10-u ilk olaraq meydana Azərbaycan və İsveçrə komandaları çıxacaqlar. Görüş saat 17:00 -da başlayacaq. Saat 18:00 -da isə İtaliya komandası Almaniya poloçuları ilə üz-üzə gələcək. 4-cü turda keçiriləcək son oyun saat 19:15 -ə təsadüf edəcək. Meydana İrlandiya və İspaniya komandaları çıxacaqlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/367428.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR