BRICS ölkələri təşkilatdaxili reytinq agentliyi yaradır

15:17 28 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 28 Yanvar 2015 15:14 ]


Bakı. Musa Əhmədov - APA-Economics. BRİCS ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin və Şimali Afrika) ekspertləri mart ayında şəxsi reytinq agentliyinin yaradılması məsələsini müzakirə edəcəklər.

 

"APA-Economics"in RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Braziliyanın Rusiyadakı səfiri Antonio Joze Vallim Herrero məlumat verib.

 

"İqtisadi və ticarət məsələləri üzrə əlaqələndirici qrup ekspertlər səviyyəsində işləyir. BRİCS çərçivəsində reytinq agentliyinin yaradılması təklifi irəli sürülüb və bu məsələ nəzərdən keçirilib. Mart ayında əlaqələndirici qrupun növbəti görüşündə bu məsələ daha ətraflı müzakirə olunacaq", - deyə o bildirib.

 

Səfirin sözlərinə görə, müstəqil agentliyin yaradılmasının zəruriliyi qərb agentliklərinin istiqamətləndirməsinin iqtisadiyyatın bütün formalarını, ölkələrin və bazarların xüsusiyyətlərini nəzərə almamasından irəli gəlir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370684

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR