Bakıda ölümlə nəticələnən yol qəzası törədən sürücü saxlanılıb

10:52 7 Sentyabr 2015
77 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Sentyabr 2015 10:48 ]


Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə şübhəli bilinən şəxs tutulub.

 

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Daxili İşlər Nazirliyi Növbətçi Hissələrin İdarəetmə Xidməti, Təhlükəsiz Şəhər Xidməti, Yasamal Rayon Polis İdarəsi İstintaq Şöbəsi, Cinayət Axtarış Şöbəsi və yol polisi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış, istintaq tədbirləri nəticəsində, sentyabrın 5-də saat 02:20 radələrində Yeni Dairəvi yolda Bakı şəhər sakini 1977-ci il təvəllüdlü Mehman Arif oğlu Qədimovun idarə etdiyi “Suzuki” markalı motosikletlə toqquşaraq ölümə səbəb olan, hadisə yerindən yayınan naməlum sürücünün şəxsiyyəti müəyyənləşdirilib.

 

Araşdırmalar zamanı həmin şəxsin Bakı şəhər sakini,  əvvəllər məhkum olunan, 1988-ci il təvəllüdlü Cahangir Həsənbala oğlu Hüseynov olduğu, avtoqəzanı idarə etdiyi “Toyota-Corolla” markalı avtomobillə törətdiyi müəyyən olunub. O, saxlanılaraq istintaq orqanına təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/395884

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR