x
Loading...
.

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib

09:57 7 Sentyabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+
.

[ 07 Sentyabr 2015 10:54 ]


Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 5-də saat 14 radələrində M.Ə.Rəsulzadə qəsəbəsində Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Taleh Rüstəmov idarə etdiyi “İsuzu” markalı yük avtomobili ilə qəsəbə sakini, 1973-cü il təvəllüdlü Reyhan Hüseyn qızı Hüseynovanı vurub. Xəstəxanaya yerləşdirilən R. Hüseynova orada dünyasını dəyişib.

 

Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/395888

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR