x
Loading...

Lənkəranda gecə evə hücum edildi: ev sahibini yaraladılar

Lənkəranda gecə evə hücum edildi: ev sahibini yaraladılar
09:57 7 Sentyabr 2015
54 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Lənkəranda şəxsi münasibətlər zəminində insident baş verib.

APA-nın məlumatına görə, hadisə ötən gecə  rayonun Biləsər kəndində qeydə alınıb. Şəxsiyyəti hələlik məlum olmayan 25-30 yaşlarında sifətini yaylıqla bağlamış kişi kənd sakini Minurə Xahəhməd qızının yaşadığı evə gələrək onunla mübahisə edib. Səsə qadının həyat yoldaşı, 60 yaşlı Əlirza Camal oğlu Salayev çıxıb. Üzü bağlı kişi özü ilə gətirdiyi oraqla Ə. Salayevin qol nahiyəsində bir neçə yerdən ağır bədən xəsarətləri yetirərək hadisə yerindən uzaqlaşıb.

Kənd sakinləri yaralını dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmiş Ə.Salayevin vəziyyəti ağır olaraq qalır.

Rayonun hüquq-mühafizə orqanlarında faktla bağlı araşdırmalara başlanıb, hadisəni törətmiş şəxsin yaxalanması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri görülür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/367444.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR