x
Loading...
.

"Çölçü" filmi Hindistan və Avstraliya festivallarında

"Çölçü" filmi Hindistan və Avstraliya festivallarında
15:23 28 Yanvar 2015
Ölkə mətbuatı
A- A+
.

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Kinorejissor Şamil Əliyevin "Çölçü" bədii filmi daha iki beynəlxalq festivalın əsas müsabiqəsində iştirak edəcək. Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məluymat verilib.

Rejissor bildirib ki, fevralın 7-dən 14-dək Hindistanda keçiriləcək II "Noida" beynəlxalq film festivalında "Çölçü" ən yaxşı bədii film, rejissor, ssenarist, operator, aktyor və digər nominasiyalarda yarışacaq.

"Çölçü" filmi, həmçinin martın 6-dan 15-dək Avstraliyanın Bayron Bey şəhərində keçiriləcək IX beynəlxalq kinofestivalın (Byron Bay International Film Festival) proqramında yer alıb.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında lentə alınmış "Çölçü" filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.

Filmin süjet xətti şəhərdən uzaqda yaşayan gənc çölçünün qəsəbədən gəlmiş qızla tanışlığından sonra həyatında baş verənlər üzərində qurulub. İndiyədək 20-dən çox beynəlxalq kinofestival və forumlarda iştirak edən ekran əsəri bir sıra mükafatlara layiq görülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2358103.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR