"Xəzər Lənkəran"lılardan milli komandada ilk dubl

"Xəzər Lənkəran"lılardan milli komandada ilk dubl
11:27 7 Sentyabr 2015
42 İdman
Ölkə mətbuatı
A- A+

“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev ilkə imza atıb. Fanat.az xəbər verir ki, Lənkəran klubunun heyətində oyun və kapitanlıq sayında rekordçu olan yarımmüdafiəçi bu dəfə Azərbaycan milli komandasında fərqlənib. 

AVRO-2016-nın seçmə mərhələsinin dünən keçirilən Malta - Azərbaycan oyununda (2:2) meydana çıxan Əmirquliyev 2 qol vuraraq dubla imza atıb. Hər hissədə 1 dəfə rəqib qapısına yol tapan orta sahə oyunçusu ölkəmizin əsas yığmasında dubl edən ilk “Xəzər Lənkəran”lı olub. 

Milli komandanın 23 illik tarixində bunadək qeydə alınan 8 dublun heç biri "Xəzər Lənkəran"ın üzvlərinin hesabında olmamışdı ki, ilki Əmirquliyev gerçəkləşdirib. Ümumilikdə isə yığmada 45 oyun keçirib 3 qol vuran Rahid bu qarşılaşmaların hamısında “Xəzər Lənkəran”ı təmsil edib. O, ilk qolunu 2013-cü il sentyabrın 7-də İsraillə DÇ-2014-ün səfərdəki seçmə oyununda vurmuşdu.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotxzr-lnkranquotllardan-milli-komandada-ilk-dubl-t43865.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR